Ana səhifə
19 Sentyabr 2018

Müsavatın fraksiya “qasırğası”

Zaur İbrahimli:  “İsa Qəmbər sona qədər demokrat ola bilmədi”

 

 

Əli Orucov: “KXCP-də də narazılar fraksiya yaratmışdılar sonradan həmin fraksiya partiyadan aralandı”

 

 

Müsavat Partiyasına başqanlıq seçkilərindən sonra seçkinin nəticələrindən narazı qalan şəxslər fraksiya yaratmaq qərarına gəliblər. Mətbuata sızan məlumatlara görə, fraksiyanın yaradılması üçün ümumi razılıq əldə olunub. Müsavatçılar isə buna partiyanı dağıdacaq qorxulu bir qasırğa kimi yanaşırlar. Fraksiyaçılar isə hesab edirlər ki, fraksiya yaratmaq heç də zənn edildiyi kimi bölücülük və sabotaj üçün deyil. Onlar nizamnamədə partiya daxilində fraksiyanın yaradılması ilə bağlı qadağanın olmadığını önə çəkirlər. Bu mənada “etiirazçlar” belə bir qurumun yaradılmasında heç bir nizamnamə pozuntusu görmürlər. Müşahidə olunduğu kimi Müsavatın qurultayından sonra partiya daxilində baş vermiş çalxalanma hələ də davam edir. Çalxalanma isə mütləq öz nəticəsini verməlidir. Bir çoxları digər partiyalarda olduğu kimi Müsvat Partiyasının da sədr dəyişikliyindən sonra çökəcəyini desələr də, bir çox Müsavat tərəfdarları müsavatda təmsil olunan ziyalı qrupunun çox olmasını əsas gətirərək, Müsavatın bu prosesdən uğurla keçəcəyini düşünürlər. Fraksiyaçılar deyirlər ki, bunun adını qərəzli şəkildə yozmaq, bölücülüklə əlaqələndirmək düzgün deyil.

 

Həmişə belə hesab olunur ki, hər seçkidən sonra nəticədən asılı olmayaraq, əslində bir mübariz qüvvə olaraq güclənmək lazımdır. Bizim müxalifət düşərgəsində müşahidə etdiklərimiz isə ancaq parçalanmalar olub. Bu baxımdan, Müsavatdakı narazıların fraksiya, yaxud bu adda başqa bir nəsə yaradıb orada qruplaşması gözlənilən idi. Ümumiyyətlə, müxalifət heç vaxt nə iqtidar partiyasının irad və yeniliklərini, nə də müxalifətdəki siyasilərin irad və yeniliklərini qəbul etməyib. Budur, müxalifət partiyalarından biri, özünü vaxtilə “ana müxalifət” kimi təqdim etməyə çalışan Müsavat bunu daxili qruplaşmalarıyla bir daha sübut etdi. Buradan da bir daha o nəticəni əldə etmək olar ki, hətta bir partiyanın daxilində parçalanma bu qədər asanlıqla baş verirsə, deməli, ümumilikdə müxalifət partiyalarının bir araya gəlməsi mümkün deyil. Ona görə də, ekspertlər Müsavatdakı narazıların yaradacağı fraksiyadan sonra bu partiyanın parçalanması məsələsinin indinin məsələsi hesab etmirlər. Belə hesab olunur ki, bu partiya hələ İsa Qəmbər-Rauf Arifoğlu barışmazlığı elə müxalifətin öz mətbuatının müzakirəsinə çıxarıldığı vaxtdan parçalanıb. Ona görə də gözlənilir ki, partiya bir daha "molekullara" parçalanacaq.

Maraqlıdır ki, hakimiyyət dəyişikliyini tələb edən müxalifətçilər özləri adi bir partiyalarında baş verən dəyişikliyi qəbul edib, razılaşa bilmirlər. Bəs onda hakimiyyət dəyişikliyini hansı formada istəyirlər?

 

                                           Zaur İbrahimli 

 

 

Siyasi analitik Zaur İbrahimli bildirdi ki, 8 ildən sonra keçirilən Müsavat Partiyasının 8-ci qurultayı gözlənilən kimi mərkəzdənqaçma proseslərinə start verdi. Eyni zamanda hamının təxmin etdiyi kimi İsa Qəmbəri Arif Hacılının əvəzləməsi ssenarisi də həyata keçirildi. Qubad İbadoğlu və tərəfdarlarının çox əzmkarlıqla mübarizə aparması və yaxşı kampaniya həyata keçirməsi, həmçinin partiya elitasının bir hissəsinin onu dəstəkləməsi İsa Qəmbər-Arif Hacılı tandemi üçün gözlənilməz oldu. Gözləyirdilər ki, Qubad İbadoğlu komandası müəyyən nəticələr əldə edəcək, İsa Qəmbərin nüfuzu isə mümkün narazılıqların qarşısını almağa yetəcək.

“Lakin müşahidə edirik ki, Müsavatda köklü dəyişiklik tərəfdarları kifayət qədər çox imiş, xüsusən gənclər hər şeyin əvvəlki kimi qalmasından çox narazıdırlar. Çünki, Arif Hacılının İsa Qəmbəri əvəzləməsi yeni hem nə vəd etmir. Olsa-olsa kosmetik dəyişikliklər ola bilər. İsa Qəmbərin başqanlıqdan getməyə razılıq verməsi, partiya Nizamnaməsini dəyişmək istəməməsi demokratik ənənələrin möhkəmlənməsi baxımından olduqca mütərəqqi bir addım oldu. Amma eyni zamanda İsa Qəmbərin partiyanı öz nəzarətində saxlamaq cəhdləri bu təşəbbüsün müsbət effektini sıfıra endirdi. İsa Qəmbər bu məsələdə sona qədər demokrat olar bilmədi. Bu isə öz növbəsində partiyada narazılıq yaratmaya bilməzdi. Məlum oldu ki, İsa Qəmbərin nüfuzu da bu narazılıqları ört-basdır etməyə yetmir.

 

Hazırda biz Müsavatda partiyadaxili mübarizənin yeni mərhələyə qədəm qoyduğunu görürük. Bu mərhələ artıq açıq-qarşıdurmalarla müşaiyət olunur. Belə görünür ki, Arif Hacılı rəqibləri o şərtlərlə kompomissə getmək istəyirlər ki, partiyadakı proseslərə əhəmiyyətli təsir etmək imkanları əldə etsinlər. Arif Hacılı komandası isə buna razılıq vermir. Qubad İbadoğlu tərəfdarları hazırda müxtəlif vasitələrlə səfərbər olmağa, Arif Hacılıya qarşı formalaşmış nüvəni saxlamağa çalışırlar. Fraskisya yaratmaq cəhdi də bu istiqamətdə ilk addımlardandır. Qubad İbadoğlu tərəfdarları üçün ən yaxşı varinat partiyada qalıb mübarizə aparmaqdır. Amma A.Hacılı komandası bu şansı tanıyacaqmı? Yaxın zamanda bu suala da cavab tapacağıq”.

 

                             Əli Orucov 

 

AMİP sədrinin müavini Əli Orucov dedi ki, heç nə əbədi və sabit deyil. “Partiyalara gələnlər də olur, gedənlər də. Müsavat partiyasının daxilində gedən proseslər də qabaqcadan proqnozlaşdırılmışdı. Qopmaların olması artıq baş verib. Bunun qarşısını almaq isə Arif Hacılının iradəsindən kənardır. Heç İsa Qəmbərin özü də bu narazılıqların və qopmaların qarşısını ala bilməyəcək. Xatırlayırsızsa KXCP-də də narazılar fraksiya yaratmışdılar sonradan həmin fraksiya

partiyadan aralandı”.

 

T.Qafarlı

 

 

Tarix
3 Noyabr 2014 [12:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin