Ana səhifə
21 Noyabr 2018

Dünyanın ən sürətli prosessoru hazırlandı

ABŞ Silahlı Qüvvələri üçün ən yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (Defence Advanced Research Project Agency - DARPA) mühəndisləri bir terahers takt tezliyində trilyon əməliyyatı yerinə yetirə bilən dünyanın ən sürətli prosessorunu yaratmaqla rekorda imza atıblar.

 

Ucnoqta.azdünya KİV-nə istinadla bildirir ki, “Terahertz Monolitic Integrated Circuit” (TMIС) adlandırılan prosessor “DARPA” agentliyinin tərkib hissəsi olan “Northrop Grumman” şirkəti tərəfindən hazırlanıb. Prosessor məqsədi 1 terahers takt tezliyinə bərabər və ya onu ötən takt tezliyində işləyən elektronikanın yaradılması olan proqram çərçivəsində hazırlanıb.

Prosessorun əvvəlki rekord məhsuldarlıq sürəti 850 QHs olub və buna agentlik mühəndisləri 2012-ci ildə nail olublar. Birincilik hələ də “DARPA” mühəndislərinə məxsusdur, çünki onlar mövcud 150 QHs rekordunu ötə biliblər.

“Bərk cisimli texnologiyalardan istifadə edən mövcud elektronika tranzistorların kifayət qədər məhsuldarlığa malik olmaması səbəbindən elektromaqnit spektrinin submillimetr diapazonlarına çıxış əldə edə bilmir. Əvvəllər 1 terahers vəzifəsini həll etmək üçün mühəndislər tezlikləri dəyişdirməyə çalışıblar ki, sxemin işinin sürətini artıra bilsinlər, lakin belə yanaşma elektron qurğunun çıxış gücünün məhdudlaşdırılmasına səbəb olub, eləcə də siqnal və səs-küy nisbətinə mənfi təsir göstərib. Tezliklərin dəyişdirilməsi qurğunun ölçüsünə, çəkisinə və enerji sərfiyyatına tələbləri kəskin artırır”, - “DARPA”-nın məlumatında deyilir.

Məhz burada “TMI” prosessoru ön plana keçir. “DARPA” tərəfindən hazırlanan çip 1 terahers takt tezliyində daxil olan və çıxan siqnal arasındakı 6 desibel fərqin olmasını nümayiş etdirir. Bu, texnologiyadan yaxın vaxtlarda real hesablamalar şəraitində istifadə etmək üçün yaxşı göstəricidir.

“Tədqiqatlardakı bu irəliləyiş bizi yüksək təsvir ölçülü vizual təhlükəsizlik sistemləri, avtomobillər üçün avtopilotla təchiz edilən təkmilləşdirilmiş radar texnologiyaları, məlumatları yüksək sürətlə ötürən kommunikasiya şəbəkələri, yüksək dəqiqliklə potensial təhlükəli partlayıcı maddələrin və ya kimyəvi birləşmələrin mövcudluğunu aşkar edən spektrometr kimi inqilabi texnologiyalara apara bilər”, - tədqiqat rəhbəri Dev Palmer mətbuat nümayəndələrinə bildirib.

 

Bəhruz

Tarix
3 Noyabr 2014 [20:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin