Ana səhifə
25 Sentyabr 2018

Mer istefa verdi

Rusiya Federasiyasının Stavropol diyarının Minvod mərkəzi xəstəxanasında baş verən kütləvi dava ilə bağlı istefalar davam edir.

 

ANS PRESS-in məlumatına görə, xəstəxananın baş həkiminin istefasından sonra milis rəisi də istefa verib.

 

Ən sonda Mineralovodsk rayonunun başçısı və Minvod meri Konstantin Qamayunov hər iki postda istefa haqqında ərizə verib.

 

Bu gün ermənilərin xəstəxanada rus gəncini öldürdüyünə görə yerli sakinlər Stavropolda Lenin heykəlinin önündə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları vəzifəsinin öhdəsindən gələ bilməyən Konstantin Qamayunovun istefasını tələb ediblər.

 

Qeyd edək ki, bu hadisə sentyabrın 20-dən 21-ə keçən gecə baş verib. Kafedə başlamış dava daha sonra xəstəxanada davam etdirilib.Burada dava iştirakçıları olan ermənilər Anatoli Larionovu xəstəxanada vəhşicəsinə döyərək öldürüb.

 

O vətəndaşın ölümü ilə nəticələnən hadisəyə görə özünü günahkar hesab etdiyindən istefa verib.

Tarix
6 Oktyabr 2014 [23:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin