Ana səhifə
18 Dekabr 2018

İcra başçısının oğlu qəzaya düşdü - McDonalds-ın rəhbərinin oğlu öldü

Bakıda yüksək rütbəli məmur və tanınmış iş adamının övladlarının olduğu avtomobil qəzaya uğrayıb. 
 

 

Ucnoqta.azmilli.az-a istinadən xəbər verir ki, məlumata görə, qəzada McDonalds - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan dünyasını dəyişib. Hadisə sentyabrın 27-də saat 18 radələrində baş verib. 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. S. Mirzəyev Ə. Qəhrəmanovun idarə etdiyi maşında olub və sürücü onu Paintball oyunundan evə qaytarırmış.  

Hadisə baş verən vaxt M.Mirzəyev ABŞ-da olub və oğlunun ölüm xəbərini eşidərək dərhal ölkəyə dönüb. McDonalds şirkəti də rəhbərlərinin övladını itirməsini təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, toqquşan maşınlardan digərinin sürücüsü Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli olub. 

Hadisə nəticəsində hər iki sürücü yaralanıb, İ. Əsgərlinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Tarix
29 Sentyabr 2014 [13:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin