Ana səhifə
21 Sentyabr 2018

Bakıda kütləvi dava: 3 yaralı, 1 ölü

Bakının Yasamal rayonunda gənclər arasında kütləvi dava olub. 


Ucnoqta.azxəbər verir ki, Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, noyabrın 1-də gecə saatlarında “20 Yanvar” dairəsi yaxınlığında yerləşən “Günəş” kafesində qeydə alınıb.

Dava zamanı Rəsul Süleymanov, Tofiq Mehdiyerv, Səfər Qasımzadə və Sakit Qasımzadə bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Rəsul Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun verdiyi məlumata görə, hazırda baş verən cinayətin araşdırılması üçün xüsusi əməliyyat qrupu yaradılıb. İlkin araşdırmalarda Rəsul Süleymanovu qətlə yetirən şəxsin Sənan adlı biri olduğu müəyyən edilib. Həmin şəxs saxlanılıb.

“Davaya gənclərin arasında yarana mübahisə səbəb olub. Lakin mübahisənin nə üstə düşdüyü barədə dəqiq məlumat verilməyib. İş Bakı şəhər prokurorluğuna göndərilib”, - deyə Şahin İmanov bildirib.

Tarix
3 Noyabr 2014 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin