Ana səhifə
25 Sentyabr 2018

Dövlət Gənc Tamaşaçılar Teatrında İsveçli rejissorla görüş olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveçli rejissor Roni Danielsonla  görüş keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni beynəlxalq layihə çərçivəsində həyata keçirilmiş görüşdə görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” romanı əsasında tamaşa  hazırlanması haqqında müzakirələr edilib. Teatrın  direktoru, Əməkdar Artist Mübariz Həmidov və yaradıcı heyətlə görüşən İsveçli rejissor görüşdən öncə nümayiş etdirilən müəllifin başqa bir səhnə əsəri - “Balaca və damda yaşayan Karlson” tamaşasını izləyib. GTT-nın rəhbəri M.Həmidov qonağa Azərbaycan teatrı haqqında  ətraflı məlumat verərək, ölkəmizin teatr sahəsində baş verən yeniliklər haqqında da danışıb. Tamaşada iştirak edən aktyorlara maraqlı ifalarına görə təşəkkür edən rejissor özü haqqında qısa məlumat verdikdən sonra yeni tamaşa haqqında danışıb: “Uzuncorab Peppi” müəllifin ilk əsərlərindən biridir. Astrid Lindqren bu romanı  1944-cü ildə qələmə alaraq qızına hədiyyə edib. Əsərdə anasını itirmiş, atası uzaqlarda – dənizdə işləyən gənc, yalnız və müstəqil Peppinin şən və macəralı həyatından bəhs edir. Əsərdə 10-15 obraz var və onlardan demək olar ki, yarısı əsas qəhrəmanlardır. Romanda Peppinin ən yaxın dostları Toni və Anikadır”. 

Dünyanın bir çox teatrlarında çalışan rejissorun sözlərinə görə, o, müəllifin “Рони, дочь разбойника” əsərini səhnələşdirib.   
Məlumat üçün bildirək ki, Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi və Azercell Telekomun birgə təşkilatçılığı ilə həyata keçiriləcək layihə əsasında hazırlanacaq tamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək.

Tarix
28 Mart 2016 [15:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin