Ana səhifə
20 Sentyabr 2018

Rövnəq Abdullayevdən “Bakı”ya dəstək – 10 milyon

AFFA prezidenti Rövnəq Abdullayev "Bakı"ya kömək etmək qərarına gəlib. 
 

 

Ciddi maliyyə sıxıntısı yaşayan paytaxt təmsilçisi, bilindiyi kimi, bilavastə federasiya başçısının sayəsində Premyer Liqaya buraxıldı. Baş katib Elxan Məmmədov, eləcə də "Bakı"nın bəzi rəsmiləri istəyirdi ki, klubu başqaları götürsün, yaxud qurumun öz nəzarəti altına keçsin. Rövnəq Abdullayevin Hafiz Məmmədovla görüşündən sonra dəqiqləşdi ki, çempionatın tərkibində heç bir dəyişiklik olmayacaq, "Bakı" həminki rəhbərliklə yoluna davam edəcək. 

Ucnoqta.azın sportinfo.az-a istinadən verdiyi məlumata görə, ölkənin futbol həyatına cavabdeh şəxs indi də "Bakı"ya dəstək verməkdədir. O, "Neftçi" ilə oyuna çıxmaq və Qəbələyə getmək istəməyən komandaya maliyyə ayırmağı vəd edib. Daha doğrusu, öz köməyini "zolaqlılar"a təklif edib. R. Abdullayev "Bakı"ya 10 milyon manatlıq yardım söz verib. Onun 7 milyonu klubun bütün borclarını bağlamağa, qalanı isə mövsümü başa vurmağa gedəcək.

 

Tarix
3 Noyabr 2014 [11:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin