Ana səhifə
16 Noyabr 2018

"Ermənilər tərəfindən işğal edilmiş ərazilər beynəlxalq terrorizm üçün poliqona çevrilib"- Rəbiyyət Aslanova

Ekoloji təhlükələrin-təhdidlərin mənbələri yalnız meşələrin doğranmasında-kəsilməsində, təbii sərvətlərin yanlış istifadəsində, suyun çirkləndirilməsində və təbii fəlakətlərdə, həm də sənaye istehsalatında deyil, nüvə və radioaktiv tullantılarda, həmçinin, xüsusi təhlükəni təşkil edən obyektlərin həyat qabiliyyətinin təminatının lazımi qaydada  olmamasındadır. Bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü, professor Rəbiyyət Aslanova sözügedən qurumun Cenevrədə keçirilən payız sessiyasında  "Təhlükəsizliyə yeni çağırışlar: parlamentlərin rolu" mövzusunda müzakirələr zamanı çıxışında dilə gətirib. Onun dediyinə görə,  belə təhlükəli obyektlərdən biri də yalnız Cənubi Qafqaz regionu üçün deyil, həm də bütün Avropa və Yaxın Şərq üçün təhlükə yaradan Ermənistanın ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının  (AES)  işçi blokudur. R. Aslanova qeyd edib ki,  həmin blok 1980-ci ildə istismara verilib və layihə müddəti 25 il müəyyən edilib:

 "Metsamor AES seysmoaktiv zonada yerləşir.1988-ci ilidə baş verən zəlzələdə Metsamor AES-ə də ziyan dəyib və burada bir çox qəzalar baş verib. Bu onu deməyə əsas verir ki,   ehtimal olunan yeni zəlzələlər həmin AES- yerlə-yeksan edə bilər. Bu fəlakət nəticəsində regionda hər şey məhv olar. Çünki buna ehtimal çox böyükdür. Ona görə bizi bütün regionun təhlükəsizliyi narahat edir.  AES-də isismar müdəti keşmiş reaktorun  soyudulması üçün istifadə edilən sular Araz çayına axıdılır və oradan da Xəzər dənizinə tökülür. Bundan əlavə erməni tərəfi radioaktiv tullantıları Azərbaycanın işğal edilmiş ərazilərində basdırır. Regionda aparılmış tədqiqatlar bu ərazidə yüksək radiasiya fonu olduğunu göstərir".

R. Aslanovanın bildirdiyinə görə,  Dağlıq Qarabağda “nüvə zonası” adlanan ərazi yaradılıb, yəni, Ermənistan ərazisindən göndərilən və nüvə tullantıları ilə qablaşdırılmış  xüsusi çəlləklər  xüsusi çuxurlarda basdırılır:

 "Bir çox kəndlər nüvə qəbiristanlıqlarına çevrilib. Bu işi “Dağlıq Qarabağın ordusu"nun "radiokimyəvi qrup"una daxil olan əsgərlər yerinə yetirirlər. Daha vacib bir məqam isə ondan ibarətdir ki,  Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, quru və dəmir yolları kəsilib, Mesamor AES üçün atom yanacağı ora yalnız hava yolu ilə çatdırılır. Uran daşıyan hava laynerləri müxtəlif dövlətlərin hava məkanları üstündə uçurlar. Bu, başqa sözlə ifadə edilsə, “ atom bombası ilə uçmaq” deməkdir. Real faktlara əsaslandıqda stansiyanın reaktoru 9 ballıq seysmoaktiv zonada yerləşir. Əgər Atom Elektrik Stansiyasında qəza olarsa, təhlükə regional və ümumavropa xarakterini kəsb etmiş olacaq. Çünki Mesamor AES-də radioaktiv sızmaların miqyasını qeyri-müəyyən və gözlənilməzliyi baxımından  proqnozlaşdırmaq mümkün deyil. Azərbaycanın nəzarətindən kənarda qalmış işğal altında olan ərazilərində

ekoloji vəziyyət getdikcə həm də ona görə ağırlaşır ki, 2006-cı ilin iyun ayından başlayaraq ermənilər məqsədyönlü şəkildə meşə sahələrində, qoruq elan edilmiş zonalarda yanğınlar torədərək ekoliji durumu məhv edir. Yanğınlardan başqa separatçıların bir çox əməlləri genişmiqyaslı ekoloji problemlərə səbəb olub. Belə ki, demək olar ki, bütün çaylar öz başlanğıcını Ermənistandan   götürür, Azərbaycan ərazisində Kür    və Arazda birləşərək sonra Xəzər dənizinə tökülür. Neçə illərdir ki, Ermənistandan başlanğıcını götürən çaylar  Azərbaycan  ərazisini çirkləndirir, mis-molibden və mədən-təmizləmə kombinatında  kimyəvi çirklənməyə məruz qalan sular Araz çayına tökülür.  Bu cür  işğala,  erməni terrorçuları tərəfindən təcavüzə məruz qalmış Azərbaycan  torpaqları,   Qarabağın ərazisi beynəlxalq terrorizm üçün poliqona çevrilib. Bizim bununla bağlı bir çox beynəlxalq strukturlara müraciətlərimiz də  hələlik cavabsız qalmaqdadır".

O, bildirib ki, belə səssizlik ola bilsin ki, gələcəkdə bütün dünya üçün böyük problemə çevrilə bilər.

"Ermənilər işğal edilmiş torpaqlarda özlərinin müvəqqəti olduğunu anlayaraq burada mədənlərdə olan faydalı qazıntıları və  təbii resursları vəhşicəsinə  oğurlayırlar"- deyə, R.Aslanova sonda sözlərinə əlavə edib.

 

Emin

Tarix
6 Oktyabr 2014 [22:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin