Ana səhifə
21 Sentyabr 2018

Beynəlxalq teatr günü Gənc Tamaşaçılar Teatrında qeyd olunacaq

Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilən qərara əsasən hər il dünyanın hər yerində 27 mart Beynəlxalq Teatr günü kimi qeyd edilir.  Dünyanın bütün teatrlarında xüsusi qeyd edilən bu əlamətdar gün respublikamızda fəaliyyət göstərən teatrlarda müxtəlif tədbirlər  və tamaşalarla yadda qalır. 
 27 mart – Beynəlxalq Teatr günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xüsusi qeyd olunacaq.  
Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, həmin gün saat 12.00 və 14.00-da A.Tolstoyun “Balaca və damda yaşayan Karlson”,  saat 19.00-da yazıçı-dramaturq Elçinin “Buzovna kəndinin əhvalatları” tamaşaları nümayiş etdiriləcək. 

2013-cü ildə Beynəlxalq layihə çərçivəsində hazırlanmış “Balaca və damda yaşayan Karlson” tamaşasının quruluşçu rejissoru Ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.   
Saat 19.00-da Xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərləri əsasında səhnələşdirilmiş “Buzovna kəndinin əhvalatları” tamaşası nümayiş etdiriləcək. Xalq yazıçısının “Toyuğun diri qalması” hekayəsi və “Dolça” povesti əsasında hazırlanan səhnə əsərində Bakı kəndlərinin gündəlik yaşam tərzi, zəngin adət-ənənələri əksini tapır.  Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, rejissor assisenti əməkdar artist Nofəl Vəliyev, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.   
Məlumat üçün bildirək ki, həmin gün “Buzovna kəndinin əhvalatları” tamaşası 50-ci dəfə nümayiş etdiriləcək. 

Tarix
26 Mart 2016 [14:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin