Ana səhifə
18 Noyabr 2018

Seçki keçirildi, prezident bilinmədi

Ötən gün Rumıniyada keçirilən prezident seçkilərində səslərin 56%-nin sayılmasından sonra ölkənin baş naziri Viktor Pontanın öndə olduğu açıqlanıb.


 

Ucnoqta.az xəbər verir ki, apa-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Rumıniya Mərkəzi Seçki Bürosu açıqlama yayıb.

V.Pontaya seçicilərin 39,6%-i səs verib. Onun milli liberallardan olan rəqibi, Sibiu şəhərinin meri Klaus Yohannis 30,2% səsini toplayıb. Digər namizədlər 7%-dən çox səs toplaya bilməməklə seçicilərin lazımi dəstəyini ala bilməyib. Beləliklə, seçkilərin birinci turunda qələbə üçün lazım olan 50% səsi toplaya bilmədiklərinə görə V.Ponta və K.Yohannis noyabrın 16-da keçiriləcək ikinci turda yenidən qarşılaşmalı olacaqlar.

Rumıniyanın hazırkı prezidenti Trayan Basesku üçüncü müddətə namizədliyini irəli sürmək hüququna malik olmayıb. Onunla baş nazir arasında münasibətlər gərgindir. Seçki kampaniyası zamanı T.Basesku V.Pontanı casus adlandırıb.

Qeyd edək ki, Rumıniya Avropa İttifaqında Bolqarıstandan sonra ikinci kasıb ölkədir. Əhalinin 40%-i hesab edir ki, onlar kommunistlər dövründə daha yaxşı yaşayırdılar.

Tarix
3 Noyabr 2014 [10:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin