Ana səhifə
25 Sentyabr 2018

Daha bir intihara cəhd - 33 yaşlı kişi özünü bıçaqladı

Balakəndə isə 33 yaşlı kişi intihara cəhd edib.

 

 

Ucnoqta.az” xəbər verir ki,  Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX)  APA-ya verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1981-ci il təvəllüdlü Eldəniz Qurban oğlu Bodurov bədəninin qarın nahiyəsinin kəsilmiş və deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Onun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. E. Bodurovun  vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Eldəniz Bodurovun yaşadığı evdə baş verib. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, Eldəniz Bodurov ailə münaqişəsi zəminində valideyni ilə mübahisə edib və özünə xəsarət yetirib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix
3 Noyabr 2014 [00:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin