Ana səhifə
14 Noyabr 2018

"Qarabağ"dan darmadağın (YENİLƏNİB)

Azərbaycan Premyer Liqasında XI turun oyunları keçirilib

 

Topaz Premyer Liqasında XI turun oyunları keçirilib.

 

Ucnoqta.az” xəbər verir ki, ANS PRESS-in məlumatına görə, tura "Qarabağ" - "Araz Naxçıvan" oyunu ilə yekun vurulub. Hesabı 15-ci dəqiqədə Muarem Muarem açıb. 34-cü dəqiqədə İnnosent Emeqara fərqlənib. 50-ci dəqiqədə Reynaldo Silva fərqi 3 topa çatdırıb. 12 dəqiqə sonra penaltidən dublunu rəsmiləşdirən braziliyalı komandasının 4:0 hesablı qələbəsini təmin edib.

 

Qarabağ - Araz Naxçıvan 4:0

 

 

...19:48...

 

Bu gün Topaz Premyer Liqasında XI turun oyunları keçirilib.

 

ANS PRESS-in məlumatına görə, artıq dörd matç başa çatıb.

 

Günün ilk oyununda "Qəbələ" evdə autsayderlər qrupunda yer almış "Bakı"nı sınağa çəkib. Hesabı 5-ci dəqiqədə Dodo açıb. "Qəbələ" buna Nuran Qurbanovun qolu ilə cavab verib. "Qəbələ"nin yetirməsi olan futbolçu doğma komandasını ilk yarının son dəqiqəsində cəzalandırıb. İkinci hissədə qol vurulmayıb və komandalar hərəyə bir xal qazanıb - 1:1.

 

Günün ikinci oyununda "İnter" "Sumqayıt"ın qonağı olub. İlk dövrədə bu rəqib üzərində 5:1 hesablı qələbə qazanan "bankirlər" ardıcıl 4-cü oyunda meydanı qolsuz heç-heçə ilə tərk ediblər - 0:0. Bu "İnter"in ardıcıl 5-ci heç-heçəsi olub.

 

Lənkəranda prinsipial matçda "Xəzər Lənkəran" ilk dövrədə 0:2 hesabı ilə uduzduğu "Simurq"u 2:1 məğlub edib.

 

Turun digər bir matçında "Neftçi" AZAL-ı 4:0 darmadağın edib.

 

Tura saat 19.30-da startı veriləcək oyunla yekun vurulacaq. Bu matçda lider "Qarabağ" son pillənin sahibi "Araz Naxçıvan"ı qəbul edəcək.

 

Premyer Liqa

2014/15 mövsümü

II dövrə, XI tur

 

2 noyabr

Qəbələ - Bakı 1:1

Qollar: Dodo, 5 - Nuran Qurbanov, 45.

 

Sumqayıt - İnter 0:0

 

Xəzər Lənkəran - Simurq 2:1

Qollar: Sadio Tounkara, 39. Rahid Əmirquliyev, 59 - İdan Vaytsman, 38.

 

Neftçi - AZAL 4:0

Qollar: Eltun Yaqublu, 10 (avtoqol). Denis Silva, 38. Nikolas Kanales, 70; 85.

 

Qarabağ - Araz Naxçıvan

Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov.

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.30.

Tarix
2 Noyabr 2014 [21:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin