Ana səhifə
19 Sentyabr 2018

26 yaşlı gənc özünü güllələdi

Şirvan sakini ov tüfəngi ilə özünü öldürüb.

 

 

Ucnoqta.az” xəbər verir ki, Şirvan Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün saat 17.00 radələrində Şirvan şəhəri G. Şıxbala oğlu küçəsi, ev 38, mənzil 5 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Qarayev Əfqan Niyazi oğlu 16 kalibrli ov  tüfəngindən atəş açaraq intihar edib.

 

Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ekspertinin verdiyi rəyə görə, çənəaltı və boğaz nahiyəsinə dirənən silahdan açılan güllə yarası Əfqan Qarayevin ölümünə səbəb olub. 

 

İntihar edən şəxsin qohumlarının bildirdiyinə görə, son aylar mərhumun psixoloji durumunda problemlər yaranıb. Hətta bir müddət əvvəl Ə. Qarayevin özünü asmaqla intihar etmək cəhdinin qarşısı yaxınları tərəfindən alınıb.

 

Faktla bağla Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.

Tarix
2 Noyabr 2014 [21:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin