Ana səhifə
24 Sentyabr 2018

“Yol terroru” dayanmaq bilmir: 8 ölü, 10 yaralı

Bakıdakı qəzalarda 4 nəfər ölüb

 

 

Noyabrın ilk günü Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 8 nəfərin həyatına son qoyub. “Ucnoqta.az” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, noyabrın 1-də ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 8 nəfərdən başqa 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Ölümlə nəticələnən qəzalardan 3-ü paytaxtda baş verib. Nizami rayonu ərazisində sərnişin avtobusu 2 nəfəri vurub öldürüb. Digər iki qəza isə Suraxanıda baş verib. Yeni Suraxanıda "Ford" və "Renault"un toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib. Yeni Günəşlidə isə "VAZ 2107"nin vurduğu piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

Ölümlə nəticələnən digər qəzalar Göygöl, Ağstafa, Şəmkir və Gəncənin Nizami rayonunda olub.

 

Hər bir faktla bağlı zəruri araşdırmalar aparılır.

Tarix
2 Noyabr 2014 [19:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin