Ana səhifə
21 Sentyabr 2018

Bakıda avtobus sürücüsü qoca kişini xəstəxanalıq etdi

72 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

 

Bakıda 72 yaşlı kişi sərnişin avtobusundan düşərkən ağır xəsarət alıb. “Ucnoqta.az” xəbər verir ki,  Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Paytaxt sakini, 1942-ci il təvəllüdlü Əbülqasəmov Vaqif Əmir oğlu 193 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusdan düşmək istəyərkən yıxılıb. Belə ki, 72 yaşlı kişi Yasamal rayonu ərazisindəki dayanacaqda düşmək istəyib. Avtobusun sürücüsü qəfil qaza basıb və V.Əbülqasımov yıxılıb. Sərnişin bud sümüyünün sınığı və digər ağır xəsarətlərlə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, 193 saylı avtobus Binə ticarət mərkəzi və metronun 20 Yanvar stansiyası arasında sərnişindaşıma ilə məşğul olur.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2 Noyabr 2014 [18:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin