Ana səhifə
19 Sentyabr 2018

Sənə bu torpağın çörəyi halal olsun- Aybəniz Haşımova

İstanbul Bələdiyyə Teatrlarının ən nüfuzlu Muhsin Ertuğrul səhnəsində növbəti dəfə xalq yazıçısı Elçinin “Şekspir” əsərinin tamaşası göstərilib.

 

 

Səhnə əsərinin quruluşçu rejissoru Məlahət Abbasovadır. Səhnə əsərinin bəstəkarı isə əməkdar incəsənət xadimi Aygün Səmədzadədir.

 

Ucnoqta.az” xəbər verir ki, AZXEBER.COM-un məlumatına görə, tamaşanın bu dəfəki nümayişində əməkdar artist Aybəniz Haşımova da izləyicilər arasında olub. O tamaşa ilə bağlı təəsüratlarını bildirib:

 

Bu bir qürurdur! Bu gün vətənimin böyük yazarı Elçinin əsəri, Aygün Səmədzadənin bəstəkarı olduğu "Şekspir" tamaşasının nümayişində oldum.

 

Tamaşanın quruluşçu rejissoru Məlahət Abbasovanın hər kəs ayaq üstdə alqışladı. Düşünürəm ki, kimsə nə qədər paxıl olsa da, azacıq da olsa içində vətən sevgisi varsa. Məlahət xanıma bravo deməlidi. Məlahət Abbasovanı sevən dostu kimi demirəm amma inanın səmimiyyətimə ki, o çox böyük sənətkar və vətənini, dövlətini sevən şəxsiyyətdir. Sənə bu torpağın çörəyi halal olsun. Bu gün sənin sayəndə türk xalqı Azərbaycan əsərini ayaq üstdə alqışladı.

Tarix
2 Noyabr 2014 [14:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin