Ana səhifə
22 May 2018

Foqtsun yetirməsinə əxlaqsız təklif

1990-cı ildə keçirilən dünya çempionatının finalında vurduğu qolla Almaniyanı çempion edən Andreas Brehme çətin günlər yaşayır. 

Ucnoqta.az xəbər verir ki, alman futbol veteranının şirkəti iflasa uğrayıb.

Hər şeyini itirən Brehmenin üstəlik 250 min avro borcu da qalıb. Əfsanəvi futbolçu daha bir zərbəni "Unterhaxinq"də rəhbərliyi altında oynamış Olivier Straubedən alıb. Straube İtaliya mətbuatına müsahibəsində "Andreasa şirkətimizdə tualet və hamam təmizliyi işini vermək istəyirik. Bununla da gerçək bir işi və həyatı ola bilər. Bu iş Brehmenin imicini düzəltməsi üçün də yaxşı olacaq", -deyə bildirib. 

Almaniya futbolunun başqa bir əfsanəsi, DÇ-1990-da yığmanı çalışdıran Frans Bekkenbauer isə fərqli addım atıb. O, alman xalqını Brehmeyə yardım etməyə çağırıb: "Alman xalqının üzərində ona qarşı məsuliyyət var. İndi Andreasa yardım etmə zamanıdı. O, alman futboluna çox şey verib, bizə dünya çempionluğunu qazandırıb. İndi alman futbolunun onun üçün bir şeylər etmək zamanıdı".

Qeyd edək ki, Andreas Brehme karyerası ərzində "Barmbek-Uhlenhorst", "Saarbrükken", "Kayzerslautern", "Bavariya", "İnter" və "Saraqosa" klublarında çıxış edib. 1984-1994 yığmada komandada 86 oyun keçirib və 8 qol vurub. O, 1990-1994-cü illərdə hazırda yığmamıza başçılıq edən Berti Foqtsun rəhbərliyi altında çıxış edib və 1992-ci ildə Avropa çempionatının finalında oynayıb.(ANS PRESS)

Tarix
6 Oktyabr 2014 [22:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin