Ana səhifə
21 May 2018

10 yaşlı qızı maşın vurub - Gəcədə

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Şəddadilər küçəsində qeydə alınıb.

Şəhər sakini, 60 yaşlı Fəxrəddin Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə küçə ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 10 yaşlı Gülnur Əsgərovanı vurub. Yaralı dərhal sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu bildirirlər. İlkin ehtimallara görə, qəzaya səbəb piyadanın ehtiyatsızlığı olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Tarix
6 Oktyabr 2014 [21:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin