Ana səhifə
13 Noyabr 2018

Müstəqillik ən böyük sərvətdir

 Milli ideya statusu almış hədəflər
XX əsrə qədər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna əngəl olan ən böyük maneə, onun tarixinin davamlı, fasiləsiz prosesə çevrilməsinə qarşı yönəlmiş, xarici və daxili qüvvələrin təsiri ilə qırılan, fraqmentar xarakter kəsb etməsi olub. Azərbaycan xalqının dövlətçilik tarixi buna əyani sübutdur. Suveren Azərbaycanın əleyhdarları bəzən xalqımızda bu prosesin “siyasi-sosial bədbinlik” əhval-ruhiyyəsini formalaşdırmağa da nail olurdular. Siyasi mədəniyyət dəyişən dünyada liderliyin dinamik məzmunlu keyfiyyətləri sırasında ən mühüm yer tutur, siyasi liderin milli lider səviyyəsinə doğru intensiv təkamülünün göstəricisi kimi çıxış edir. « Zaman və tarix isə sübut etdi ki, xalqın mütləq etimadını qazanmaq, intellektual, siyasi və inzibati resurslara malik olmaq şəraitində son dərəcə demokratik imic yaratmaq İlham Əliyevin nail olduğu inanılmaz uğurudur»,- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib. Onun sözlərinə görə  Prezident hakimiyyətə gəldiyi ilk vaxtdan dövlət-vətəndaş, iqtidar-müxalifət münasibətlərində “inkar” fəlsəfəsinin qeyri-mümkün, Azərbaycanın və zamanın tələblərinə cavab verməyən mövqe olduğunu birmənalı şəkildə nəzəri və təcrübi aspektdə sübut edib. Dünya siyasət tarixində qəbul olunmuş, dəfələrlə rast gəlinən faktlardan biri də əksər hallarda siyasətə “inkar” effekti üzərində gəlmək kimi presedentlərdir.  Akademik bildirib ki, çətinliklə əldə edilmiş daxili və xarici nailiyyətləri özünü qəbul, təsdiq etdirmək naminə inkar etmək dövlətçiliyin gələcəyinə qarşı yönələn siyasət kimi qəbul olunmalıdır. «Məhz ona görə də bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın universal demokratik prinsiplərə sadiqliyini bütün dünyaya nümayiş etdirərək alternativ, “inkarı inkar” fəlsəfəsini bəyan etdi»,- Ramiz Mehdiyev bildirib.
 Onun sözlərinə görə, istənilən milli ideyanın gerçəkləşdirilməsi üçün xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtlərdir. Məhz belə praqmatik liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır. Bu mənada, Heydər Əliyev siyasi kursunu 2003-cü ildən inamla davam etdirən və zamanın tələblərinə uyğun yeni siyasi çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin gələcəyi ilə bağlı müəyyənləşdirdiyi strateji hədəflər özünün həyatiliyi, reallığa adekvatlığı ilə milli ideya statusu almaqdadır.
Azərbaycanın son illərdəki dinamik inkişafı fonunda ölkənin qarşısında müəyyənləşdirilmiş məqsəd və vəzifələr, ümumilikdə, milli ideyanın xarakteri də statik səciyyə daşımır, zamanla dəyişir, yeniləşir. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, sonrakı dövrdə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirib.  İlham Əliyevin prezidentliyi illərində respublikamız qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilib.
Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Ən azı bu baxımdan ki, Azərbaycan özünün çoxminillik dövlətçilik tarixində heç zaman indiki kimi güclü, qüdrətli, özünə inamlı olmayıb. Prezident İlham Əliyev deyib: "Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin".
Ümumilikdə, yeni mərhələni daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanda yaxın 2020-ci ilədək ümumi daxili məhsulun 2 dəfəyədək artımına, 2018-ci ilədək bütün sosial problemlərin həllinə nail olmaq, sistem islahatlarını başa çatdırmaqdır. "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyası məhz bu və digər məqsədlərin reallaşdırılması baxımından sosial-iqtisadi, siyasi və hüquqi platform rolunu oynayır. Belə bir mükəmməl sənədin hazırlanması və təsdiqi deməyə əsas verir ki, cənab İlham Əliyev xalqın gələcəyi ilə bağlı aydın baxışlara malikdir.
Son illərə qədər respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdən keçirilən daha bir məsələ də müsbət həllini tapıb, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən dövlət siyasəti iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz sektoru ilə bərabər, investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, tədiyyə balansı, kənd təsərrüfatı kimi bölmələrdə dinamik inkişafı təmin edib. Eyni zamanda, beynəlxalq iqtisadi münasibətlərin milli maraqların qorunması çərçivəsində gücləndirilməsi qlobal strukturlara səmərəli inteqrasiyanı sürətləndirib. Bu fonda əhalinin sosial müdafiəsi məsələsi də daim ön planda tutulub, bunun üçün əməli addımlar atılmış, müvafiq dövlət proqramları qəbul olunmuş, qanunvericilik bazası daha da təkmilləşdirilib.
Prezident İlham Əliyevin söylədiyi kimi, inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. İlk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırıldı.Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, "Ümid", "Abşeron" kimi perspektivli yataqlar kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP layihəsinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut edib. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit verib.
Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İçveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır.
Prezident İlham Əliyevin prezidentlik dövrünün ən mühüm göstəricilərindən biri də ölkənin neft gəlirlərindən asılılığının əhəmiyyətli dərəcə azaldılmasıdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilib və hazırda uğurla icra olunur.
(ardı var)

 

Tarix
7 Mart 2016 [19:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin