Ana səhifə
19 Sentyabr 2018

Mədəniyyət və Turizm Nazirliyinə yeni səlahiyyət verilib

Nazirlər Kabineti “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edib. Əsasnaməyə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun  mühafizə (bufer) zonası Qoruq ətrafında müəyyən edilən əlavə tənzimləmə sahəsidir. Zona Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə razılaşdırılmış plan-sxemdə əks olunan ərazini əhatə edir. Zonanın şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır.
Əsasnaməyə edilən dəyişiklik isə Mədəniyyət və Turizm Nazirliyinə yeni səlahiyyət verilməsi ilə əlaqədardır. İndiyə qədər zonada inşaat-təmir işləri aparan fiziki və hüquqi şəxslər arxeoloji tapıntı, yaxud abidə aşkar etdikdə, işləri dərhal dayandırmalı, bu barədə Nazirliyə, Bakı Şəhər İcra Hakimiyyətinə, İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verməlidirlər. Bu zaman tikinti işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib. Mədəniyyət və Turizm Nazirliyinə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tədqiqat işləri barədə hesabat, abidə, əşya və ya başqa tapıntı aşkar edildikdə isə onun koordinatları və fotoşəkilləri təqdim olunub. Dəyişikliyə əsasən, bundan sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin davam etdirilməsi barədə qərar qəbul edildikdə sonra görülən işlər Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti ilə davam etdiriləcək. Görülməsi nəzərdə tutulmuş təsərrüfat işləri isə mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, idarənin icazəsi və nəzarəti ilə davam etdirilə bilər.

Tarix
6 Mart 2016 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin