Ana səhifə
21 Noyabr 2018

Almaniyadan Ərdoğana görünməmiş təhqir - FOTO

Almaniyada Türkiyə  prezidenti  Rəcəb Tayyib  Ərdoğanı it şəklində göstərən karikatura məktəb kitablarında nəşr edilib.

 

 

Ucnoqta.az xəbər verir ki, prezident Ərdoğanı it şəklində göstərən karikaturaların Almaniyada məktəb dərsliklərdə nəşr  edilməsi  böyük reaksiyalara səbəb olub.

 

Almaniyada yaşayan türklər, Ərdoğana qarşı təhqiredici  karikaturaların dərs kitabından çıxarılmasını tələb ediblər.

 

 

Məsələylə bağlı  açıqlama  verən  Almaniyanın  türk idman klubu  "Dostlukspor"un  prezidenti  Nuri Ay, belə bir kitabla  məktəblərdə təhsil verilməsinin doğru olmadığunu  bildirərib.

 

"Türkiyə Cümhuriyyəti prezidentinin  şəkilinin it şəklində çəkilərək üzərində adının yazılması və bir it daxmasında təsvir edilməsi  kimi  karikaturaların məktəb kitabında yer alması çox anormal bir haldır. Bu karikatura qəzet və ya jurnallarda yer alsaydı yenə də başa düşmək olardı, hərçənd ki bu da təhqirdir, ancaq belə bir karikaturaların məktəb dərsliyində yer alması tamamilə pis niyyətli insanların işidir.

 

 

İstər Ərdoğanı dəstəkləyək, istər dəstəkləməyək, bu ölkəmizin  prezident məqamına edilmiş böyük bir alçaltma sınağıdır. Bunu şiddətlə qınayır və bir an öncə məktəb kitablarından ölkələrin öz aralarındakı siyasi problemlərlə bağlı nifrətlərinin çıxarılmasını istəyirəm. Gənc beyinləri zəhərləmək və bir-birinə düşmən etmək bir ölkənin təhsil sistemini bərbad edər".(Avropa.info)

 

Tarix
1 Noyabr 2014 [16:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin