"Oyuq” teatr studiyası Gran-pri gazandı

 Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyasının istedadları daha bir beynəlxalq müsabiqənin  baş mükafatlarını qazanıblar. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, belə ki, studiyanın rəhbəri və fəalları  Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq  Dövlət Mədəniyyət İnstitutu və onun nəzdində fəaliyyət göstərən uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə baş tutan İkinci Beynəlxalq “Caz karuseli” adlı  beynəlxalq müsabiqədə uğurla təmsil olunublar.

24-29 fevral tarixlərində baş tutan nüfuzlu  müsabiqədə studiyanın Azərbaycan xalq nağıllarından seçmələrlə tərtib edilən tamaşa-konserti [tamaşanın müəllifi “Oyuq”Teatr-studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva , quruluşçu rejissoru Cəmilə Allahverdiyeva , quruluşçu rəssamı isə İqbal Əliyevdir) baş mükafata – Gran-priyə layiq görülmüşdür. Bununla yanaşı 6-18 yaş arası uşaq və gəncləri əhatə edən müsabiqənin uşaq solo ifaçılığı nominasiyasındakı birinciliyi də studiyanın gənc artistləri qazanıblar. Belə ki, Selcan Müseyibova və Aylin Nəcəfli 1-ci dərəcəli diploma layiq görülüblər. 
Onu da qeyd edək ki, müsabiqənin təşkilində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq və onların fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir.

 

Tarix
3 Mart 2016 [18:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin