Ana səhifə
19 Sentyabr 2018

Vətəndaş özünü dövlətin bir hissəsi kimi hesab edir

Milli ideya özündə həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir 

Qloballaşmaqda olan dünya şəraitində milli fərqlərin nivelirlənməsi meyillərinə cavab olaraq milli ideya anlayışı təkcə siyasət elmində deyil, adi insanların gündəlik leksikonunda da ən populyar və aktual ideyalardan birinə çevrilir. İndi milli ideya anlayışından peşəkar siyasətçilər də istifadə edir, jurnalistlər də, siyasətdən uzaq olan adamlar da. Milli ideya ayrı-ayrı millətlərin, xalqların, bütövlükdə cəmiyyətin siyasi şüurunun və siyasi davranışının bir növ inteqral xarakteristikasına çevrilib, Elmi, siyasi və sosial rəylər fonunda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Bakinski raboçi" qəzetinə verdiyi "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" sərlövhəli məxsusi müsahibə aktuallığı və yeniliyi ilə fərqlənir. Dərin elmi baza, fəlsəfi refleksiya məharəti və peşəkar dövlət xadiminin çox ciddi siyasi təhlili Azərbaycan cəmiyyətində həmişə səmimi diqqətə, fəal marağa və öz fikirlərini bölüşmək arzusuna səbəb olur. «Bəri başdan deməliyəm ki, bu istək təkcə bizdə - Azərbaycan ictimaiyyətşünaslarında deyil, hətta ölkəmizin növbəti uğurlarına həsəd apardıqlarını gizlətmədən, bu uğurların hesabını aparan təkəbbürlü bədxah ermənilərin ürəyində də baş qaldırır. Bunlar Avropanın ən möhtəşəm mədəni yarışmasında qələbəmiz və BMT Təhlükəsizlik Şurasının üzvü statusu almağımızdır»,-,- siyasi elmlər doktoru,Aqiyə Naxçıvanlı yazıb. 
 Bu əlamətdar nailiyyətlər Prezident İlham Əliyevin dürüst götür-qoy edilmiş səmərəli siyasətinin nəticəsi, ölkəmizin beynəlxalq nüfuzunun etiraf edilməsi deməkdir. Akademik R.Mehdiyev yazır: "Bütün bunlar azərbaycanlıların kollektiv şüurunda Vətəni ilə bağlı qürur hissi doğurur". Müasir milli ideyanı zənginləşdirən fakt ondan ibarətdir ki, vətəndaş özünü dövlətin bir hissəsi kimi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin zəruriliyini hiss edir. Biz "Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir " qənaətinə gəlmiş akademik Ramiz Mehdiyevin fikri ilə tam razıyıq. Akademik R.Mehdiyev milli ideologema haqqında elmi təsəvvürlərin məcmusunda "azərbaycançılığın" ümummilli xarakterini açıqlayan, Vətənimizin hər bir vətəndaşının şərəf və ləyaqətini qoruyan fikirlərin, qiymətlərin, hisslərin, təsəvvürlərin bütün qammasını konseptuallaşdıran tarixi və nəzəri konstruksiyalar təklif edir. Milli ideyanın təbiəti və mahiyyəti haqqında təməl xarakterli bu təsəvvürlər elə bir özünəməxsus bünövrədir ki, müəllifin elmi araşdırmalarının, praktiki müşahidələrinin və "Azərbaycan xalqının milli-ideoloji konseptinin təşəkkülü və transformasiyasının bitkin konstruksiyasının formalaşması" haqqında gəldiyi nəticələrin məcmusu həmin bünövrə üzərində qurulur. R.Mehdiyev zəngin tarixi baza əsasında inandırıcı şəkildə bildirir ki, milli ideologiya təməl əhəmiyyətinə malikdir, bu ideologiyada milli hərəkatın məqsədləri ifadə edilir, həmçinin həmin məqsədlərə nail olmağın yolları və vasitələri göstərilir. Milli ideologiya millətin fəallığını ideal şəkildə düzülmüş hədəflərin müəyyən sistemi kimi təqdim edir, görkəmli şəxsiyyətlərin fəaliyyətinə məqsəd istiqaməti verir. Mən bu məqalənin əvvəlində erməni alimlərinin milli həsəd və təkəbbürü barədə söz açmışdım. Ümumbəşəri əxlaq baxımından o qədər də hörmətə layiq olmayan bu keyfiyyətləri sübut etmək istərdim. Akademik Ramiz Mehdiyevin müsahibəsi dərc ediləndən dərhal sonra ermənipərəst Regnum saytında Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri, professor Qarnik Asatryanla müsahibə dərc olunmuşdur. Ermənistanın bəzi KİV-ləri həmin müsahibəni təkrar çap etmişlər. Akademik Ramiz Mehdiyevin elmi nüfuzu təkcə ölkəmizdə deyil, dünya ictimai elmində də o qədər aşkardır ki, onun müdafiəyə ehtiyacı yoxdur. «Lakin mən sadəcə olaraq erməni saxtakarların növbəti uydurmasını təkzib etmək istərdim. Əvvələn, söhbətin mövzusunun qoyuluşu milli ideyadır: bu ideyada milli azlıqlara yer ayrılmışdırmı? Mən demoqrafik arqumentlərə müraciət etməyəcəyəm, çünki bu arqumentlərin polietnik dövlət olan Azərbaycanın xeyrinə olması aşkardır. Sadəcə olaraq, mən həmin sualı erməni professora vermək istərdim: yəni doğrudanmı ermənilərin "böyük Ermənistanı" bərpa etmək ideyasında kiçik xalqlara yer vardır? Əgər vardırsa, onlar hansı xalqlardır? SSRİ-nin mövcud olduğu bütün tarixi dövrdə mərkəzləşdirilmiş assimilyasiya həyata keçirildiyi şəraitdə Ermənistan kiçik xalqlara o qədər də rəğbət göstərmədən monoetnik respublika kimi qala bilmişdir. Həmin professora bunu da xatırlatmaq istərdim ki, "qaynar qazan" ideyası akademik Ramiz Mehdiyevin kəşfi deyil, dünya etnosiyasəti baxımından millətin formalaşması barədə səmərəli nəzəriyyədir. İlk dəfə ABŞ-da sınaqdan çıxarılmış "qaynar qazan" modeli "Amerikanın mənafeyi hər şeydən ucadır" konsepsiyasının formalaşmasına kömək etmiş, bu milli ideya ABŞ üçün inkişafın həlledici oriyentirinə çevrilmişdir. Gördüyünüz kimi, ABŞ-ın əsasını qoyanlar "etnik korpusun formalaşmasını" milli ideya yalnız formalaşmış etnik korpus olduqda yarana bilər. Q.Asatryanın müsahibəsindən sitat; Gözləmədən dövlət yaratmışlar. Təbii ki, həmin dövlət həyat səviyyəsinə və dünya siyasətinə təsir dərəcəsinə görə müasir Ermənistanla bərabər tutula bilməz və yəqin ki, heç özü də bunu istəməz. BMT İnkişaf Proqramının "Miqrasiya və insan potensialının inkişafı: imkanlar və çağırışlar" adlı illik məruzəsində qeyd edilir ki, 1991-ci ildən başlayaraq 700 mindən 1 milyon 300 minə qədər insan, yaxud əhalinin təqribən 30 faizi Ermənistandan mühacirət etmişdir. Yenə həmin sənəddə qeyd edilir ki, yüksək ixtisaslı mütəxəssislərin Ermənistanı tərk etməsi ölkənin inkişafına, xüsusən sosial və mədəni kapitalın təkrar istehsalına mənfi təsir göstərir. Lakin ümid vardır ki, Ermənistandan olan mühacirlər qonaqpərvər ölkələrdə etnik korpus yaratmaq üçün köçüb getmişlər. Təəssüf ki, Azərbaycan xalqı bu cür qonaqpərvərliyin nəticələrinə həddən artıq yaxşı bələddir. Akademik Ramiz Mehdiyev qanunauyğun olaraq dünya tarixinin elə dövrünə müraciət edir ki, onun fikrincə həmin dövr dünya geosiyasətində tektonik dəyişikliklər, Rusiya imperiyasının dağılması və müstəmləkə xalqları tərəfindən müstəqil dövlət qurulması üçün şərait yaranması ilə səciyyəvidir. R.Mehdiyev yazır: "Məhz həmin illərdə ictimai fikrin avanqardı rolunda çıxış edən yeni ictimai-siyasi xadimlər təbəqəsi yaranır. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və bir sıra başqaları Azərbaycan milli ideyasının daşıyıcıları olmaqla milli ideallar uğrunda mübarizəni demokratik dəyərlər və prinsiplərlə birləşdirirdilər" ,- siyasi elmlər doktoru, Aqiyə Naxçıvanlı yazıb. 
Azərbaycanda elitar təbəqənin intellektual qüvvələri milli birliyi inteqrasiya edən dəyərlər yaratmış, milli mənafeləri ifadə etmişlər. Lakin əsas məsələ ondan ibarətdir ki, milli ideallar kütləvi milli identifikasiyanın, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin insanların tərəfdar olduğu norma və dəyərlərin Azərbaycan millətinin məxsusi həyat fəaliyyəti və onun qorunub saxlanması üçün nadirliyini və ötəri olmayan əhəmiyyətini başa düşməyin ideya-mənəvi əsası kimi çıxış edir. 

Tarix
3 Mart 2016 [19:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin