Ana səhifə
16 Noyabr 2018

“Kəlbəcərli girovları güllələmək lazımdır”- Erməni deputat

“Yerkrapa” könüllülər birliyinin başçısı, keçmiş terrorçu və cani, hazırda isə deputat olan Manvel Qriqoryan hesab edir ki, “Arsax ərazisinə qanunsuz keçmiş” kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevi hərbi dövrün qanunları ilə mühakimə eləmək, yəni güllələmək lazımdır. 
 

 

Ucnoqta.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. 

“Mən dəfələrlə bəyan eləmişəm ki, onları mühakimə etməyə ehtiyac yoxdur, güllələmək – vəssalam. Onlar yeniyetməni öldürüblər, sərhədi casusluq niyyəti ilə keçiblər, hansı məhkəmədən söhbət gedir. Onları saxlanılan zaman öldürmək lazım idi ki, iş məhkəməyə gedib çıxmasın”, - bildirib keçmiş banda başçısı. 

Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə “məhkəmə prosesi”nin beynəlxalq normalara uyğun keçdiyini və “Arsaxın demokratik ölkə kimi mövcud olduğunu təsdiqlədiyini” iddia edib. 

 

Tarix
1 Noyabr 2014 [16:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin