Ana səhifə
20 Noyabr 2018

Azərbaycançılıq ideyası bütün xalqın ideyasıdır!

Azərbaycançılıq ideyası milli varlığın məqsədi, üsulu və formulu olan ideal kimi çıxış edir

Əsrlər boyu azərbaycanlıların xalq olaraq milli düşüncəsinə, dövlətçilik təfəkkürünə hakim kəsilən, onları aşkar-gizli mübarizə ruhunda kökləyən ali milli ideya məhz Azərbaycanın istiqlala qovuşması, müstəqil dövlət kimi taleyini azad şəkildə müəyyənləşdirməsi olub. Bunun üçün milli ideyanın olması çox vacib amildir. Ümumiyyətlə, xalqların formalaşma və tarixi təkamül prosesində müəyyən mütərəqqi fikir və ideyalar səfərbəredici amilə çevrilir və onun gələcək tərəqqisinə etibarlı ideoloji, siyasi, mənəvi-iqtisadi zəmin hazırlayır. Cəmiyyətdə həlledici çoxluğun qəbul etdiyi, bölüşdüyü belə ideya və dəyərlər intibah baxımından son dərəcə vacib olan məqsədlərin həyata keçirilməsinə imkan yaradır. Bu mənada, milli ideyası olmayan xalqın nəinki mütərəqqi inkişaf yolundan, ümumiyyətlə, mövcudluğundan danışmaq çətindir. Milli ideya dövlətlərin davamlı yüksəlişi yolunda bir növ mayak rolunu oynadığı üçün bunsuz inkişafı təmin edən milli müstəqillik və dövlətçilik konsepsiyasını da gerçəkləşdirmək mümkün deyildir.
 Yalnız ötən əsrin sonlarında “soyuq müharibə”nin başa çatması fonunda cərəyan edən qlobal miqyaslı proseslərin məntiqi yekunu olaraq Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinə əlverişli zəmin yaranıb
, beləliklə, xalqın qəlbində qubara çevrilmiş bu ideya deklorativ şəkildə gerçəkləşib. «Şübhəsiz, müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada hökm sürən acınacaqlı vəziyyət bunu bir daha təsdiqləyir. Həmin dövrdə sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifah halının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan verməmişdir. Hakimiyyətdə olan qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması insanlarda keçmişə – sosializmə “nostalgiya” hisslər yaradır, ümumən milli müstəqillik idealının mahiyyətinə mənfi təsir göstərir, onun ictimai rəydə adekvat dərkinə mane olurdu»,-İxtiyar Hüseynli bildirib. 
Azərbaycan xalqının vahidliyini təmin edən milli müstəqillik ideyasının praktik həyata vəsiqə alaraq reallaşması isə məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün olub. Bu mənada, hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən qoruyub. Ümummilli liderin qətiyyətli addımları sayəsində respublikada ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilmiş, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoyub. Onun sayəsində milli ideya yeni səviyyəyə qalxıb.
Qeyd edək ki, milli ideyanın kütləvi şüurda dərin kök saldığı, xalqın ehtiram bəslədiyi, o cümlədən mənəvi dəyərlərin məcmusunda əks olunduğu cəmiyyətlərdə bu ideya əvvəlcə çox sadə və anlaşıqlı, mümkün qədər yığcam həqiqətlərin və məqsədlərin toplusu kimi çıxış edir, cəmiyyətin bütün əsas mənəvi və praktiki həyat fəaliyyəti sistemlərinin oriyentasiyasını dəyişərək təcəssüm olunurdu. Milli ideya həm bütün ideoloji konstruksiya, həm də KİV, təhsil, kitab nəşri, mədəniyyət və digər sosial translyatorlar sistemi üçün özünəməxsus bir prizma, rəng süzgəcidir. Milli ideya müxtəlif sosial proqramların və layihələrin prioritetli düzülüşü də daxil olmaqla praktiki, həyati reallıqların qavranmasını və təkrar istehsalını süzgəcdən keçirir. Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış azərbaycançılıq ideyası bədxahlarımızın təqdim etməyə çalışdıqları kimi, ideoloji element deyil, Azərbaycan xalqının istər partiyalı, istər bitərəf, dini və dünyəvi, müxalifətçi və iqtidarı dəstəkləyən insanların ictimai şüurunun yeni inkişaf paradiqmalarıdır. Ümummilli liderin azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyasına çevrilib. Azərbaycanın polietnik təbiəti hələ Aristotel tərəfindən xalqın yüksək etik kamillik və məsuliyyət hissi kimi əsaslandırılmış "birlikdə yaşamaq" ideyasını doğurub. Bu siyasət nəticəsində "millət" anlayışının strukturuna özünüidentifikasiyanın bütün kollektiv formaları: etnik, dini, sosiomədəni, siyasi və digər formaları daxil edilib. 1993-cü ilin iyun ayından sonra milli ideya milli müstəqillik və suveren dövlət formulu üzrə inkişaf edir. Bu gün də polietniklik müasir Azərbaycanı səciyyələndirən dəyər kimi milli identifikasiyanın yeni formasını inkişaf etdirir, onu Azərbaycan millətinin geniş mənada davamlı inkişafı və dövlət müstəqilliyinin möhkəmlənməsi formatında azərbaycançılıq ideologiyası ilə eyniləşdirir. Azərbaycançılıq ideyası, eyni zamanda milli varlığın məqsədi, üsulu və formulu olan ideal kimi çıxış edir. Buna görə də belə deməyə haqqımız vardır ki, azərbaycançılıq ideyası bütün xalqın ideyasıdır! Avropa və Amerika politoloqlarının komparativ araşdırmasında hesablanmışdır ki, "milli ideya" kontentinə münasibətdə on beşdən çox müxtəlif metaforik modeldən istifadə edilir. Bu modellər kütləvi şüurda milli ideyanı siyasi liderlərin şəxsiyyəti ilə fərdiləşdirməkdən başlamış, onun nəhəng bir ağacın tacı və budaqları şəklində təsvir edilməsinə qədər çox geniş diapazona malikdir. Əlbəttə, milli ideyanın bu cür kollektiv persepsion qiymətləndirilməsi həmişə çox təqribidir, ən əvvəl ona görə ki, abstraksiya dərəcəsinə görə hər bir xalqın metaforları müxtəlifdir, buna baxmayaraq bu variantda miqdarı təhlil olduqca ibrətamizdir, çünki siyasi aktorların orta hesabla hər iki nəfərindən biri milli ideyanı siyasi lider vasitəsilə qavrayır, hər üç nəfərdən biri isə milli ideyanı öz həyatının təməli, əsası, bazisi kimi başa düşür. Azərbaycanda milli ideyanın formalaşmasında Heydər Əliyevin böyük xidməti var.
Ölkədə müstəqilliyin möhkəmlənməsində və modernləşmə, demokratikləşmə strategiyasının həyata keçirilməsində ulu öndərin, son dövrdə isə Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan, müasir tariximizin elmi-fəlsəfi və politoloji nöqteyi-nəzərdən görkəmli tədqiqatçısı, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev 2013-cü il iyunun 13-də “Azərbaycan” qəzetində işıq üzü görmüş “Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan – ümummilli lider Heydər Əliyevin qadir siyasətidir” əsərində haqlı olaraq yazır: “Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar. Tanrının və taleyin hökmü ilə müstəqil dövlətimizin ən müasir tarixi də məhz belə liderin adı ilə bağlıdır və dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun siyasi xətti ilə, rəhbərliyi ilə yazılıb. XX əsr tarixində, dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik. İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir”.

Tarix
2 Mart 2016 [19:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin