Ana səhifə
13 Noyabr 2018

İŞİD bu dəfə uşaq başı kəsdi – FOTO

Hadisə Suriyanın Rakka şəhərində baş verib
 

"Ucnoqta.az" xəbər verir ki, Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı bu dəfə yeniyetmələri edam edib.

Hadisə Suriyanın Rakka şəhərində baş verib. Ortaya çıxan fotolarda İŞİD-in 3 nəfərin qılıncla başlarını kəsərək edam etdiyi əks edilib.

Edam olunanların Allaha küfr etdikləri üçün cəzalandırıldığı deyilir. Görüntülərdən aydın olur ki, üç yeniyetmə kütlənin toplandığı meydana gətirilir. Daha sonra 3 nəfər edam üçün xüsusi olaraq hazırlanan kötüyün yanında dayanırlar və onlardan başlarını kötüyə qoymaları istənilir.

İŞİD-in “şəriət məhkəməsi” tərəfindən alınan qərara əsasən, gözləri bağlı yeniyetmələrin edamını gerçəkləşdirir.

Qeyd edək ki, 3 edam üçün 3 ayrı cəllad və ayrı-ayrı qılınclardan istifadə edilib.

//ANS Press

 

Tarix
1 Noyabr 2014 [18:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin