Ana səhifə
13 Noyabr 2018

“Seçmə qüsurlar”

Mart ayının 2-də saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Zamanla üz-üzə” IV  beynəlxalq musiqi layihəsi çərçivəsində “Seçmə qüsurlar” (“Defectos escogidos”) musiqili tamaşası nümayiş etdiriləcək. Layihənin bədii rəhbəri – Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor Fuad İbrahimov  və  solistlər iştirak edəcəklər.
Bu dəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva etməklə, hər biri iki, yəni kamera-instrumental və simfonik konsertdən ibarət dörd konsepti birləşdirir. Layihənin ikinci mərhələsinin aprel ayında keçirilməsi nəzərdə tutulur.

       Məlumat üçün bildirək ki,  “Zamanla üz-üzə” layihəsi ilk dəfə 9 il öncə, Azərbaycan Respublikası Mədəniyyət və TurizmNazirliyinin təşkilatçılığı ilə ilk dəfə 2007-2008-ci ilin konsert mövsümündə həyata keçirilib. O dövrdə bir çox XX əsr klassiklərinin əsərləri məhz bu layihə çərçivəsində ifa edilib.  

 

 

 

 

                                                                 

Tarix
1 Mart 2016 [17:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin