Ana səhifə
18 Sentyabr 2018

İnsanlar yüksək ideyanı həyata keçirməyə qadir olan şəxsiyyətin ətrafında birləşirlər

 Azərbaycançılıq - öz ənənələrimizə, keçmişimizə, bu günümüzə və gələcəyimizə münasibətimizi müəyyən edən ideologiyadır

 XXI əsrdə idarəçinin əsas məziyyətləri olan fundamental təhsil, peşəkarlıq və kreativlik mənəvi məsuliyyət və dövləti təfəkkür tərzi ilə, yəni öz qərarını dövlətin maraqları və dövlət üçün məqsədəuyğunluq mövqeyindən qiymətdəndirməyə hazır olmaq keyfiyyətləri ilə tamamlanmalıdır. Kosmopolitizmi qloballaşmaqda olan dünyanın cəmiyyətimizi bürüyən bir amil olması barədə danışanlar bizə yabançıdır, çünki Azərbaycana məhəbbət Vətən ideyasının bütün dünyaya şamil edilməsini, milli bənzərsizlikdən, milli ənənələrdən və mədəniyyətdən imtina olunmasını, öz milli maraqlarımıza biganəliyi qəbul etmir. Azərbaycançılığın - bizim tarixə, dilə, dinə, mədəniyyətə, milli bənzərsizliyə, öz ənənələrimizə, keçmişimizə, bu günümüzə və gələcəyimizə münasibətimizi müəyyən edən ideologiyanın mahiyyəti bundan ibarətdir. Bu ideologiyanın həyata keçməsində Azərbaycan Prezimdenti İlham Əliyevin böyük xidmətği var.
 İdarəçilik təcrübəsindən məlumdur ki, hər hansı problem yarananda prinsip etibarilə onu həll etməyə qadir olan xadimlər də yetişir. Xalqımızın tarixinin fərqləndirici xüsusiyyəti həmişə ondan ibarət olmuşdur ki, insanlar yüksək ideyanı həyata keçirməyə qadir olan şəxsiyyətin ətrafında birləşirlər. İlham Əliyev də məhz yüksək şəxsi keyfiyyətləri və peşəkar hazırlığı özündə uğurlu şəkildə cəmləşdirən dövlət xadimidir. Onun siyasi bioqrafiyasının formalaşma mərhələlərinə nəzər salsaq, inamla deyə bilərik: Onun əsil bioqrafiyası müxtəlif mühüm vəzifələrdə çalışması prosesində deyil, öz qüvvələrini tətbiq etdiyi obyektlərin dəyişməsi prosesində formalaşmışdır və bu vəzifələrin, bu obyektlərin hər birində Onun qazandığı uğurlar bu fikrin əsaslı olmasını göstərir. Onun nitqlərini dinlədikcə, yəqin edirik ki, bu insan xalqımızın milli mənafelərini, bütün vətəndaşların ehtiyac və qayğılarını çox dərindən dərk edir. 
 Professor Ə.Vəliyevin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyev xalqa 1 oktyabr 2003-cü il tarixli məşhur müraciəti ilə siyasətdən getdi. Lakin bu, Azərbaycanı tərəqqiyə və sabitliyə qovuşdurmuş siyasi xəttin sonu demək deyildi. Bütün xalq bunu birmənalı şəkildə qəbul edirdi ki, Heydər Əliyev siyasi kursu mütləq davam etdirilməlidir. Bu zərurət öz əksini böyük öndərimizin həmin müraciətində də tapırdı. O, İlham Əliyevi öz siyasətinin yeganə layiqli davamçısı kimi xarakterizə edərək, xalqı gənc liderin ətrafında birləşməyə çağırmışdı. İlham Əliyev də cəmiyyətdə tərəqqi və sabitlik kursunun yeganə davamçısı, Heydər Əliyev siyasi irsinin alternativsiz varisi kimi qəbul edilirdi. Bununla belə, o vaxt bir çoxlarında müəyyən narahatçılıq da vardı: Heydər Əliyevsiz necə olacaq, gənc varisi Onu lazımi qədər əvəz edə biləcəkmi? Doğrudur, Ümummilli Liderimiz bu narahatçılığa heç bir əsasın olmadığını öz müraciətində açıqlamışdı: "Mənim siyasi varisim İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini, iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də YAP bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər, inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
 Cəmiyyət də İlham Əliyevə inanır və Onun Prezidentliyindən çox şey gözləyirdi. Amma bunu da qəbul etmək gərəkdir ki, Heydər Əliyevdən sonra yaxşı Prezident olmaq elə də asan iş deyildi. Heydər Əliyev yaxşı Prezidentin parlaq nümunəsi idi. İlham Əliyev də Heydər Əliyev kimi yaxşı Prezident olmağa məhkum idi. Çünki Heydər Əliyevdən sonra yaxşı Prezident olmamaq Azərbaycan reallıqlarında, sadəcə, mümkün deyildi. Cəmiyyət yaxşı Prezidentin nə demək olduğunu artıq 10 il idi ki, bilirdi. İlham Əliyevin üzərinə düşən yükün ikiqat ağır olması, əsasən, bununla şərtlənirdi. O, bir tərəfdən öz konstitusion borcunu yerinə yetirməli, xalqın səsinə layiq olduğunu sübut etməli, digər tərəfdənsə Heydər Əliyevin etimadını doğrultmalı idi. İlham Əliyev başlıca sosial sifarişin nədən ibarət olduğunu dərk etdiyini sərgiləyərək topluma konkret cavab verdi: "Mən yaxşı Prezident olacağam".
 Azərbaycanda, ilk növbədə, sosial məsələlərə böyük diqqət göstərilməsini vacib sayan İlham Əliyev "Azərbaycan vətəndaşları daha yaxşı yaşamalıdır" şüarı ilə işə başladı və öz strateji məqsədinin nədən idarət olduğunu açıqladı: "Biz Azərbaycan xalqı üçün işləyirik. Onlar bizə bu etimadı göstərib və biz də bu etimadı doğrultmalıyıq".
 Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov bildirib ki, ölkədəki ictimai-siyasi sabitlik və sosial-iqtisadi sferadakı nailiyyətlər sosial yönümlü dövlət quruculuğu prosesinin gücləndirilməsi üçün ideal imkanlar açıb. «Bu prosesin təməli Heydər Əliyevin Prezidentliyi dövründə qoyulub və bu sahədə böyük uğurlar əldə edilib. Prezident İlham Əliyev Heydər Əliyevin bu sahədəki siyasətini də uğurla davam etdirir. Onun son il yarımda bu istiqamətdə atdığı addımlar Heydər Əliyevin elan etdiyi sosial rifah xəttinin dəyişilməz olduğunu bir daha göstərdi. İlham Əliyevin proqramı 7 əsas bənddən ibarət idi və bura: 1) sabitlik və inkişaf; 2) Qarabağın işğaldan azad edilməsi; 3) işsizliyin ləğvi; 4) insanlara layiqli həyat; 5) neft gəlirinin ümummilli tərəqqi işinə yönəldilməsi; 6) etibarlı sosial müdafiə; 7) güclü dövlət vəd edən bəndlər daxil idi,- o bildirib.
 Seçkiqabağı və sonrakı çıxışlarda xalqın rifah halının yaxşılaşdırılacağını deyən İlham Əliyev bu vədlərini yerinə yetirir. O, bəyan edirdi ki, regionların inkişaf proqramı həyata keçiriləcək, zəif inkişaf etmiş regionlarda sahibkarlığın inkişafı gücləndiriləcək, güzəştli vergi sistemi tətbiq ediləcək, regionlara sərmayə qoyuluşu təşviq olunacaq, "Yoxsulluğun azaldılması" Dövlət Proqramı həyata keçiriləcək, maaşlar və işsizliyə görə müavinətlər müntəzəm artırılacaq, aztəminatlılara dövlət qayğısı gücləndiriləcək, pensiya islahatları həyata keçiriləcək, müavinət və pensiyaların minimum həddi, tələbələrin təqaüdü artırılacaq. İlham Əliyev 2003-cü il oktyabrın 31-də Prezident kimi and içərkən bəyan edirdi ki, Onun əsas məqsədi xalqın firavanlığı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsidir. O, Heydər Əliyevin başladığı sosial-iqtisadi və hüquqi-siyasi islahatların davam etdiriləcəyini, xalqın güzəranının köklü surətdə yaxşılaşdırılacağını,  yeni iş yerinin açılacağını, söz, mətbuat və vicdan azadlığının bundan sonra da təmin olunacağını, milli-mənəvi sərvətlərimizin qorunacağını, ölkəyə əsil demokratik dəyərlər əsasında başçılıq edəcəyini vurğulamışdır.
 İlham Əliyevin Prezidentliyi ilə Azərbaycanın tarixində keyfiyyətcə yeni mərhələ başladı. Bu mərhələnin əsas mahiyyəti isə Heydər Əliyevin Azərbaycanda yaratdığı sabitliyin və inkişafın davamlılığının təmin edilməsidir. Heydər Əliyev son 10 ildə Azərbaycana cəmiyyətin ondan gözlədiyi hər şeyi - sabitlik, əmin-amanlıq, qanunçuluq, dövlətçilik, milli rifah, sosial-iqtisadi və hüquqi-siyasi islahatlar, milli-mənəvi dəyərlərimizə sayğı və s. verdi.

Tarix
1 Mart 2016 [19:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin