Ana səhifə
19 Sentyabr 2018

Ermənilərsiz Ermənistan

Deputat: "Ermənistanda əhali ölkəni sürətlə tərk edir"

«Ermənistanda əhali ölkəni sürətlə tərk edir. Bunun əsas səbəbi işğalçılıq siyasətinin erməni xalqına vurduğu ziyandır." Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O bildirib ki, Ermənistan hakimiyyəti bu vəziyyəti izah etmək üçün müxtəlif üsullara əl atır: "Onlar xaricdən gələn yardımlarla dolanmağa məcburdurlar. İşğalçı Ermənistanı himayə edən xarici qüvvələrin də vəziyyəti yaxşı deyil. Ona görə də, Sarkisyan rejimi həmişə xaricdən yardım ala bilməyəcək. Bir gün buna son qoyulacaq».
Deputat işğalçı Ermənistanı dünyada müdafiə edən qüvvələrin münaqişənin həllinə maraqlı olmadığını söyləyib: "Onlar ststus-kvonun qorunub saxlanılmasına çalışırlar. Hətta Azərbaycana dəfələrlə təxribat etmək istəyiblər. Amma buna imkan verilməyib".
M.İbrahimqızı prezidentlərin son Paris görüşünə də toxunub və bildirib ki, son dövrlər keçirilən görüşlər, danışıqlar prosesinin intensivləşməsi gələcək qələbənin açarının əldə olunmasına aparan yoldur. Paris danışıqlarında üstünlük Azərbaycanın tərəfində olub. Təbii ki, bu məsələdə haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir.

Emin

Tarix
1 Noyabr 2014 [18:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin