Ana səhifə
19 Noyabr 2018

Qarabağa tank yolları açılır

İki ilə işğal bölgəsi minalardan tam təmizlənəcək

ABŞ beynəlxalq inkişaf agentliyi (USAID) Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini minalardan təmizləmək üçün maliyyə dəstəyi verib. Anspress-in məlumatına görə, USAID-ın Ermənistan ofisinin direktoru Karen Hilliard “Qarabağ: müharibə kabusunun yanında dinc həyat” filmində bildirib ki, onların dəstəyi ilə 2000-ci ildən bu yana 251 tarla minalardan təmizlənib və bunun nəticəsində 27 min hekatrda kənd təsərrüfatı işləri görmək mümkündür. Atəşkəs elan edildikdən sonra hər il 35-40 adam minaya düşürdü və 1995-ci ildən 345-ə qədər adam həyatını itirib. Hazırda ildə 5-ə qədər adam ölür. Layihə 125 minə yaxın adamı əhatə edir. Karen Hilliard bildirib ki, 5 milyon dollar xərclənmiş layihə 2016-cı ilə başa çatacaq.

Tarix
1 Noyabr 2014 [21:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin