Ana səhifə
25 Sentyabr 2018

Vergilər Nazirliyində yeni xidmət

Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Kommersiya hüquqi şəxsin adının bron (rezerv) edilməsi” xidməti istifadəyə verilib. 
 

 

Ucnoqta.az xəbər verir ki, bu xidmət vasitəsilə yerli investisiyalı kommersiya hüquqi şəxsi (Məhdud Məsuliyyətli Cəmiyyət) təsis edən vətəndaşlara e-qeydiyyata alınacaq hüquqi şəxs üçün seçdikləri adın vergi orqanında 60 gün müddətində bron (rezerv) etdirmək imkanı yaradılacaq.

Asan imza sahiblərinə göstərilən bu xidmət vasitəsilə vahid zaman kəsiyində hər bir şəxs tərəfindən yalnız bir ad bron edilə bilər. Yəni “gözləmədə” olan ad təyinatı üzrə istifadə edildikdə və ya qeydə alınan müddət bitdikdən sonra həmin şəxs yeni ad bron edə bilər. Bron olunma müddəti kommersiya hüquqi şəxs üçün seçilmiş adın vergi orqanı tərəfindən qəbul edildiyi gündən hesablanır.

Bron qüvvədə olan müddətdə həmin ad “Eyni adlı hüquqi şəxsin olub-olmamasının yoxlanılması” xidmətinə də əlavə ediləcək və onun digər istifadəçilər tərəfindən təkrar seçilməsinə yol verilməyəcək.(Qafqazinfo.az)

 

Tarix
6 Oktyabr 2014 [21:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin