Ana səhifə
18 Noyabr 2018

Hüquqi dövlətin formalaşdırılması Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir

Demokratik dövlətin mühüm təsisat kimi başlıca vəzifəsi şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır 

“Vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmləndirilməsi, hüquqi dövlətin formalaşdırılması heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur” – deyən ümummilli lider Heydər Əliyev  hesab edirdi ki, yeni dünya nizamında demokratiyanın həqiqi mahiyyətini qoruyub saxlaması üçün vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir. Demokratik dövlətin mühüm təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır. Bu, azərbaycançılıq ideologiyasının əsas tezislərindən biridir.
Qloballaşma dövründə demokratikləşmə və siyasi liberallaşma hər bir xalqın sosial-iqtisadi, mədəni, intellektual baxımdan bu prosesə hazırlığı ilə şərtlənir. Demokratik dəyər və normaların hər hansı cəmiyyətdə möhkəmlənməsi insanların maddi rifah halının yüksəlməsindən keçir. Maddi sıxıntılar içərisində yaşayan insan azad ola bilməz və iqtisadi baxımdan inkişaf etməmiş hansısa cəmiyyətdə demokratiya qurmaq mümkün deyildir. Azərbaycan demokratik tranzit mərhələsində olan ölkə kimi demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün tam yəqinləşdirmiş, xalqın gələcək inkişafında bu mütərəqqi dəyərlərin rolunu və əhəmiyyətini daim önə çəkmişdir. Azərbaycanın hazırkı sürətli iqtisadi inkişaf tempi cəmiyyətdə ictimai konsensusa, liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun daha da genişləndirilməsini zərurətə çevirir.
Bu gün dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Bu. Azərbaycançılıq ideologiyasına xidmət edir.
Azərbaycan insanının gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikamızda işsizlik-yoxsulluq kimi ağır sosial bəlalar artıq həllini tapır. Bütün bunlarla yanaşı, Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqq-ədalətin zəfəri üçün bütün lazımi tədbirlər həyata keçirilir. Azərbaycanın mövcud iqtisadi potensialının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar ölkəmizin elmi inkişafına doğru sürətli kurs götürdüyünü təsdiqləyir.
Hazırkı mərhələdə neft gəlirlərindən əldə olunan külli miqdarda vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə, insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar, nüfuzlu ekspertlər tərəfindən müsbət qarşılanır. Dövlət başçısı İlham Əliyev həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır.
Azərbaycan xalqını Heydər Əliyev ideyaları ətrafında toplayan cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bütün bunlar tam mənada deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir.
Alternativsizliyi ulu öndərimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.
Ümumiyyətlə Heydər Əliyevin dövlətçilik konsepsiyasında Onun siyasi kursunun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev əsas amillərdən birini təşkil edir. Akademik R.Mehdiyev Prezident İlham Əliyevin hakimiyyətə gəlişini iki dövrə bölür:
 1. Demokratik konsolidasiya prosesinin başlanması (2003-2008). Sabitləşmə və qərarların qəbul olunması fazaları başa çatdıqdan sonra siyasi proses yeni xüsusiyyətlər kəsb edir, ölkədə tədricən yeni siyasi məkan formalaşır və ön səhnəyə yeni aktorlar çıxır. Dövlətin iqtisadi inkişafı sosium daxilində yeni qarşılıqlı münasibətlərin bazisini yaratmağa imkan verir, davranışın yeni stereotip və normalarını doğurur, vətəndaş cəmiyyətinin təməlini qoyur. 
 2. Kadrları cəlbetmə fazası (2008-ci ildən başlayaraq). Qarşıdakı illərdə əsas vəzifə gənc nəslin nümayəndələri sırasında yeni siyasi, iqtisadi, elmi və yaradıcı elita formalaşdırmaqdır. 
 Ölkənin gələcək inkişafı elitaya münasibətdə həm peşəkarlıq, kreativlik baxımından, həm də siyasi məsuliyyətin artması mövqeyindən daha yüksək tələblər irəli sürür. Bu, təkcə mənim şəxsi mülahizələrimin nəticəsi deyil, obyektiv meyildir, Azərbaycan cəmiyyətinin inkişaf perspektivlərini görənlərin hamısı bu meyillə hesablaşmalıdır. 
 Akademik R.Mehdiyevin cənab İlham Əliyevin dövləti idarəetmə sahəsindəki uğurlarına toxunaraq qeyd edir ki, Prezident İlham Əliyev elitada obyektiv dəyişikliklər prosesini sürətləndirmişdir. Peşəkarlıq və kreativlik geriliyi və savadsızlığı, əvvəlki bürokratik ənənələri idarəetmə sistemindən sıxışdırıb çıxarmağa başlamışdır, çünki cavan və dinamik Prezidentin özü yeni idarəçilik
nəslinin nümunəsidir. Bu proses rəvan şəkildə, süni yollarla sürətləndirilmədən gedir, çünki məhz liderliyin təbiətinə xas olan keyfiyyətlərin düzgün başa düşülməsi indiki Prezidentə qlobal transformasiyaların meyarlarına adekvat cavab verən gəncləri öz komandasına cəlb etməyə imkan yaradır. 
 Son illərdə dövlət idarəçiliyi sisteminə yaxşı təhsil almış, elmi biliklərə yiyələnmiş, bir neçə xarici dil bilən xeyli gəncin gəlməsinə baxmayaraq, hər halda, bu cür insanları və ali təhsil müəssisələrində aldıqları standart biliklər toplusuna malik fərdləri müqayisə etmək olmaz. Görünür, bu meyili bir qədər dəyişmək və mövcud  uyğunsuzluğu aradan qaldırmağa çalışmaq gərəkdir. Heç şübhəsiz, bu məsələdə ehtiyatlı olmaq, götür-qoy etmək lazımdır. Elitanın kor-koranə transformasyia risklə bağlıdır və bu, əks səmərə verə bilər. Eyni zamanda, biz milli təhsil mühitinin inkişafına daha artıq diqqət yetirməli, təhsil müəssisələrində tədrisin keyfiyyət səviyyəsini ciddi şəkildə yüksəltməliyik. Özü də bu işə məktəb partasından başlamaq lazımdır, çünki milli elitanın gələcək nümayəndələri məhz orada formalaşır. XXI əsrdə idarəçinin əsas məziyyətləri olan fundamental təhsil, peşəkarlıq və kreativlik mənəvi məsuliyyət və dövləti təfəkkür tərzi ilə, yəni öz qərarını dövlətin maraqları və dövlət üçün məqsədəuyğunluq mövqeyindən qiymətdəndirməyə hazır olmaq keyfiyyətləri ilə tamamlanmalıdır. 

Tarix
29 Fevral 2016 [19:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin