Ana səhifə
21 Avqust 2018

Türkiyəli media nümayəndələri Mətbuat Şurasında olublar

Azərbaycanda səfərdə olan Türkiyənin TRT telekanalının təmsilçiləri - TRT AVAZ-ın baş koordinatoru Murad Akkoç və qurumun proqram rəhbəri Gökçən Oqan, həmçinin TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Yıldıray Arslan Azərbaycan Mətbuat Şurasında olublar. Mətbuat Şurasından ucnoqta.az-a verilən məlumata görə, görüşdə Xocalı faciəsinin Azərbaycan və Türkiyə mediasında işıqlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 
Qonaqları salamlayan MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov bildirib ki, Xocalı faciəsinin bəşəri cinayət kimi dünya ictimaiyyətinə çatdırılması Azərbaycan və Türkiyə jurnalistlərinin əsas vəzifələrindəndir. «Bu faciə türk dünyasının faciəsidir. Ümumənsə bütövlükdə insanlıq əleyhinə olan vandalizm aktıdır. Hər iki ölkənin mediası məsələyə məhz bu aspektdən yanaşmaqla dünyada oxşar proseslərin gələcəkdə baş verməməsi üçün nələr edilməlidir, düşünməlidir. Buna görə də ancaq yorulmadan təbliğat aparmaq lazımdır. Erməni millətçiləri, separatçı dəstələri tarixin müxtəlif dövrlərində dinc türklərə qarşı soyqırımlar həyata keçiriblər. Təəssüf ki, dünyaya çatdırılan ermənilərin məzlum xalq görüntüsüdür», - deyə Ə.Amaşov vurğulayıb.

Qonaqlar Azərbaycana səfərdən məqsədin də məhz Xocalı həqiqətləri barədə sujet və reportajların hazırlanmasından ibarət olduğunu bildiriblər. Azərbaycan və Türkiyənin media mənsublarının birgə əməkdaşlığından bəhs edən türkiyəli jurnalistlər bunun faydalı nəticələr verdiyini dilə gətiriblər.

Tarix
26 Fevral 2016 [16:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin