Ana səhifə
19 Noyabr 2018

Bakıda güllələnmə- Ölən var

Abşeronda silahlı insident olub. 
 

 

Ucnoqta.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 1-ə keçən gecə Abşeron rayonunun Hökməli kəndində qeydə alınıb.

Rayon sakini Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib və yaralını idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Klinik Tibbi Mərkəzə aparıb. Həmin şəxs aldığı xəsarətdən orada dünyasını dəyişib.

F.Şükürov könüllü olaraq Abşeron Rayon Polis Şöbəsinə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

 

Tarix
1 Noyabr 2014 [14:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin