Ana səhifə
18 Oktyabr 2018

Erməni vəhşiliyi onları ayağa qaldırdı

Erməni vəhşiliyi Rusiyanın ayağa qaldırıb. Rusiyanın Stavropol diyarının Minvod mərkəzi xəstəxanasında baş verən kütləvi davanın videosu sosial şəbəkələrdə yayıldıqdan sonra böyük rezonansa səbəb olub. Məlumatı "Xartiya-97" təşkilatı yayıb.

 

Ucnoqta.az-ın məlumatına görə, virtualaz.org saytı rus nəşrlərinə istinadən xəbər verir ki, bu hadisədən sonra 400-dən çox sakin etiraz edərək Stavropoldakı Lenin heykəlinin önünə toplaşıblar. Aksiya iştirakçıları Anatoli Larionov adlı şəxsin xəstəxanada ermənilər tərəfindən vəhşicəsinə döyülməsinə etiraz ediblər.

 

Öldürülən şəxsin anası Tatyana Larionova isə etirazçılara səslənərək mitinqin dağılmasını xahiş edib.

 

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı tədbirlər görərək onlarla insanı saxlayıb. Saxlanılanlar arasında 20-ə yaxın 8-9-cu sinif şagirdi ailələrinə təhvil veriblər. İki nəfər şəxs isə həbs edilib. Bildirilib ki, etirazçılar heç bir konkret tələblə çıxış etməyiblər və nə istədiklərini bilmirlər.

Hüquq-mühafizə orqanları iddia edir ki, şəhər sakinləri bu hadisə vasitəsilə uzun illərdir həll edilməyən problemlərini səsləndiriblər.

Qeyd edək ki, bu hadisə sentyabrın 21-nə keçən gecə baş verib. "Yevgeniya" kafesində Andranik Tsakanyan və Yevgeni Smirnov adlı iki sərxoş şəxs digər müştərilərlə dava ediblər. Erməni və onun dostu onlarla dalaşan şəxslərin başına butulka ilə zərbələr endiriblər. Nəticədə ağır xəsarət alan Anatoli Larionov, Roman Savçenko və Ruslan Abdulcəlilov adlı şəxslər xəstəxanaya aparılıb. A.Larionov orada ölüb.

 

Kafedə başlamış dava daha sonra xəstəxanada davam etdirilib. A.Tsakyan və Y.Smirnovun 40-dək qafqazlı, əsasən erməni dostları xəstəxanaya hücum çəkiblər. Mərkəzi rayon xəstəxanasının müşahidə kameraları tərəfindən bu özbaşınalıq da qeydə alınıb. Görüntülərdə qafqazlı olduqları ehtimal edilən 40-a yaxın gəncin xəstəxanaya girdiyi müşahidə olunur.

Faktla bağlı cinayət işi açılıb. Minvod şəhərinin icra başçısı İvan Ostapenko isə vəzifəsindən qovulub.

Tarix
6 Oktyabr 2014 [19:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin