Ana səhifə
18 Sentyabr 2018

Gənc Tamaşaçılar Teatrında fevral ayının son günlərinin repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı fevral ayının son günlərində təqdim edəcəyi maraqlı tamaşaları ilə izləyicilərinin həftəsonu istirahətinə rəng qatacaq.  
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ötən gündən başlayaraq teatrda saat 14.00 və 16.00-da M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, bu gün - fevral ayının 26-da saat 14.00 və 16.00-da  Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş S.Elsevərin “Arzu və Murad”, şənbə günü – fevral ayının 27-də saat 10.00, 12.00, 14.00-da S.S.Axundov və A.Şaiqin “Qaraca qız”, saat 19.00-da H.Cavidin “Şeyx Sənan”, bazar günü – fevral ayının 28-də saat 10.00, 12.00 və 14.00-da P.Nurəliyevanın “Danışan gəlincik”, saat 19.00-da D.Fo, P.Filipponun “İtalyansayağı xoşbəxtlik” tamaşaları nümayiş etdiriləcək.

Biletləti şəhərimizin Mərkəzləşdirilmiş kassalarından və “Asan xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.  

 

 


                                                             

Tarix
26 Fevral 2016 [12:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin