Ana səhifə
14 Noyabr 2018

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır

Cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olunub

XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Neydər Əliyev  Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurub. Ümummilli lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistemhalına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirb. Əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirib. Yuxarıda da qeyt etdiyimiz kimi ymummilli lider hələ sovet Azərbaycanında rəhbərliyə gəlişinin ilk günlərindən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın daşlaşmış milli şüurunu oyatmağa çalışıb, milli müstəqillik duyğularının təzahürü, Azərbaycan xalqının dünyanın ən sivil xalqları cərgəsinə çıxması üçün bütün imkanlardan istifadə edib. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub.. Bu istiqamətdə də görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində ictimai şüurdakı istiqlal duyğuları oyanaraq yeni məzmun kəsb edib, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşıb.
Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982-ci illər) ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri ilə, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaradıb, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qoruyub. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulub zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad edib.
Fəlsəfə elmləri doktoru, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib ki, Heydər Əliyev hələ 70-80-ci illərdə respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqları, o cümlədən mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoyub. «Həmin illər Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan verib. Bu nöqteyi-nəzərdən inamla demək olar ki, Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi çağdaş tariximizin unudulmaz dühası – ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər o çətin dövrdə belə, fəaliyyətində yüksək daxili “mən”inin təcəssümü olan ədalətlilik, insanpərvərlik, humanizm kimi ali dəyərlərə sadiqliyini nümayiş etdirib. Düzgünlük, haqqı nahaqqa qurban verməmək, zəifləri, məzlumları müdafiə etmək, hər bir fərdin mənafeyini önə çəkmək Heydər Əliyevin idarəçilik fəlsəfəsinin əsas mahiyyətini təşkil edib. Ulu öndərin ötən əsrin 70-80-ci illərində kasıb və imkansız ailələrin övladlarının respublikada və onun hüdudlarından kənarda ali təhsil almasına, yüksək ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də məhz bu xeyirxahlığın ifadəsidir. Yalnız bir faktı xatırlatmaq yerinə düşər ki, Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə kasıb, imkansız ailələrin övladlarının daxil olmasına yol açan xüsusi qərar imzalayıb, beləliklə, bu sahədə ədalət və şəffaflıq prinsipini təmin edib»,- İlham Məmmədzadə deyib.
Onun sözlərinə görə, böyük öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində göüb, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirib. «O yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Bəşəriyyətin çoxəsrlik təcrübəsi də göstərir ki, elmə, təhsilə qiymət verməyi bacaran xalqlar və dövlət başçıları öz ölkələrinin sürətli inkişafını təmin etmiş olurlar. Heydər Əliyev dühasının böyüklüyü də məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməyib, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışıb. Təsadüfi deyildir ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanıb, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görüb. Heydər Əliyev dühası həm də fəlsəfəmizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi, araşdırıcısı, böyük hamisi olub, elmə, alimə həmişə yüksək qiymət verib».
Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın təkidi ilə hakimiyyətə qayıdışından, oktyabr ayında isə Prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənib.

(ardı var)


 

Tarix
25 Fevral 2016 [19:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin