Ana səhifə
24 Sentyabr 2018

Milli Teatr günü qeyd olunacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mart ayının 10-da saat 16.00-da Milli Teatr gününə həsr olunmuş tədbir keçiriləcək. Teatrın aktyorları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək tədbirdə 143 yaşlı Azərbaycan Milli Teatrı haqqında çıxışlar olacaq. 
Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, çıxışlardan sonra dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək. 
Quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı Xalq Artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur. 
Tamaşada rolları Əməkdar Artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Elnur Kərimov, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər.

Məlumat üçün bildirək ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. Elə bu tamaşa ilə də Azərbaycanda milli teatrının təməli qoyulub. 

 


                                                                

Tarix
24 Fevral 2016 [13:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin