Ana səhifə
20 Noyabr 2018

Azərbaycançılıq milli azadlıq hərəkatlarının tarixi təcrübələrinin nəzəri yekunudur

Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır

Azərbaycanın böyük tarixi şəxslərinin hər biri azərbaycançılığı bir ideya olaraq görürdü. Heydər Əliyevin isə onlardan fərqli ondan ibarət oldu ki,  o, azərbaycançılığı dövlət ideologiyasına çevirdi. O deyirdi:  «Müstəqil Azərbaycan dövlətinin əsas ideyası  azərbaycançılıqdı. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinəgörə qürur hissi keçirməlidir".
Heydər Əliyev məhz siyasətçi idi və ömrünün sonuna qədər də öz vətəninin çiçəklənməsi, bütün dünyada layiqincə tanınması və qəbul olunması yolunda yorulmadan mübarizə apardı.  O öz çıxışında dəfələrlə qeyd edirdi: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk  Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heçkəsin şübhəsi olmasın ki, ömürümün bundan sonrakı hissəsini harada olur-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm». Heydər Əliyev bu sahədə böyük işlər gördü və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, dünyada mövqeyinin gücləndirilməsində əvəzsiz xidmət göstərdi. Dünyada yaşayan azərbaycanlıları bu ideologiya ətrafında birldəşdirdi.
 Qeyd edək ki, müasir dünya yalnız iqtisadi, sosial-siyasi münasibətlər dünyası deyil, həm də etnik münasibətlər dünyasıdır. Odur ki, bu və ya digər xalqın ön sıralarda getməsi üçün tarixən qazandığı etnik potensialdan tələb olunan səviyyədə istifadə etməsi lazım gəlir. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində-Azərbaycanda, İranda, Rusiyada Türkiyədə, Gürcüstanda, ABŞ-da, Kanadada, Hollandiyada, Ukraynada, Belarusda, ingiltərədə, Almaniyada və digər yerlərdə yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, ana dilidir, ata yurdu Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Eyni zamanda milli liderdir! Heydər Əliyevin siyasi fəaliyyətində müstəqil Azərbaycan dovlətinin daxili möhkəmliyin beynəlxalq nüfuzunu qorumaq nə qədər möhtəşəm yer tutursa, dünya azərbaycanlılarının milli birliyi, dünya xalqları arasında özünəlayiq movqe qazanması da o qədər mühüm əhəmiyyət daşıyır. Azərbaycanlılar da bu məqsəd ətrafında birləşdilər. Bu qarşıya qoyulan məqsədə nail olmağa böyük köməklik göstərir. Görkəmli siyasi xadim də dəfələrlə qeyd edirdi ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Deməli, bir xalq olaraq əsas vəzifələrimizdən biri həm həmrəyliyi gücləndirməkdən, həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrinə səfərlərində Azərbaycan icmalarının nümayəndələri ilə görüş onlara hərtərəfli dəstək verən ulu öndərimiz dünya azərbaycanlılarının milli bir uğrunda mübarizəni Azərbaycan dövlətiı siyasəti səviyyəsinə qaldırmışdır. Heydər Əliyev elə bir proqram hazırlamışdır ki, ondan sonra da bu siyasətin istiqamətləri aydın və məqsədyönlüdür. Biz 1993-cü ilin sonlarından etibarən milli ideologiyanın, azərbaycançılıq ideologiyasınınmüasir elmi-nəzəri standartlar sayəsində formalaşmasının şahidiyik. Azərbaycançılıq bu gün milli ənənələri, dini və praqmatik nəzəriyyələri, zamanın tələbinə uyğun iqtisadi prosesləri, miyyətin inkişafının bütün çalarlarını özü birləşdirir. Bütün bunlar ulu Öndərimizin xalqı qarşısında tarixi xidmətləridir.
Bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyindədir. Belə birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yarada bilər. Bu ideologiya azərbaycançılıqdıfr. Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir; xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır.
Azərbaycançılığın şah damarı - Azərbaycan dilidir. Azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Xüsusilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu.
Məhz H. Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu.
H. Əliyevin neft strtegiyası - əsrin müqaviləsi, regionların iqtisadi inkişafı konsepsiyası, Azərbaycanın Avropa Şurasına qəbul olunması, ölkənin ərazi bütövlüyü uğrunda aparılan dönməz mübarizə - bütün bunlar məhz azərbaycançılıq ideologiyasına dayaqlanır, onu daxili və xarici siyasətimizin nəzəri-tarixi arsenalı kimi möhkəmləndirmək işinə xidmət edirdi.
H. Əliyev özü azərbaycançılığın simvolu idi. Onun nitqlərində bütövlükdə Azərbaycan danışırdı. Bu gün də dövlətçiliyimizdə həmin tarixi-nəzəri ənənələr, iş üsulları ləyaqətlə qorunub saxlanılır. Fikrimizcə, Dünya Azərbaycanlılarının II Qurultayı azərbaycançılıq ideologiyasının təsdiqi və təntənəsi, onun yeni tarixi mərhələsinin başlanğıcı idi. Bu forum bütün dünyaya səpələnmiş 50 milyon azərbaycanlının bir araya gəlməsində azərbaycançılığın nəzəri-tarixi imkanlarını kifayət qədər əsaslı şəkildə nümayiş etdirdi.
Beləliklə, Azərbaycançılıq Azərbaycanda baş vermiş milli azadlıq hərəkatlarının tarixi təcrübələrinin nəzəri yekunudur. O, dünyada və ölkəmizdə gedən ictimai proseslərin tarixi mənasını Azərbaycan xalqının mənafeyi baxımından izah edir. Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.  O, diktaturadan, avtoritarizmdən demokratiyaya keçid dövrünün nəzəriyyəsi, milli özgürlüyümüz haqqında təlimdir.
Azərbaycançılıq imperiyaçılığa qarşı müqavimətdə formalaşan istiqlal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır, azərbaycançılıqda həm də onun ideoloji prinsipləri təsbit olunur. O, qlobal siyasət üçün nəzəri bazadır, çünki, dövlətlərə və xalqlara yeni təfəkkür koordinatları diqtə edir. Azərbaycançılıq iki təməl ideyanı - «dövlətçilik» və «vətənpərvərliyi» özündə birləşdirir.

 

Tarix
23 Fevral 2016 [19:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin