Ana səhifə
19 Sentyabr 2018

İtkin düşən neftçinin cəsədi tapıldı

Neft meydançasında baş verən qəza nəticəsində itkin düşən şəxsin meyiti tapılıb.

 

Ucnoqta.az xəbər veri ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin N.Nərinmanov adına Neft Qazçıxarma İdarəsinin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş hesab olunan “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədi noyabrın 1-də saat 09:00 radələrində ARDNŞ-in və Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Məlumatda həmçinin qeyd olunur ki, hadisə zamanı xəsarət alan digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yadım göstərilib və onların hamısı evə buraxılıb.(Virtualaz.org)

 

Tarix
1 Noyabr 2014 [13:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin