Ana səhifə
21 Noyabr 2018

Putinin gizlətdiyi oğlu (FOTO)

Rusiya prezidenti Vladimr Putinin tanınmış idmançı qadın Alina Kobayevadan qeyri nigahdan doğulduğu iddia edilən oğlunun fotoları yayılıb.

 

Ucnoqta.az anspress-ə istinadən xəbər verir ki, bu barədə "The New York Post" qəzetində məlumat verilib. Bildirilib ki, Putinlə Kabayeva eşq macarasından oğlan uşağı dünyaya gəlib. Tanınmış siyasətçi uzun müddət bunu gizlətməyə çalışıb.

Qəzetin yazdığına görə, uşağa Dmitri adı verilib. Bundan bir neçə ay sonra idmançı xanımın qucağında oğlan uşağı ilə birlikdə çəkilən foto da yayılıb. Fotodakı uşaq Putina çox oxşayır.

Qəzet ötən il 29 yaşlı keçmiş gimnast Kobayevanın Putindən qız uşağı da dünyaya gətirdiyini yazmışdı. 

Qeyd edək ki, Vladimr Putinin tanınmış gimnast Alina Kabayeva ilə eşq macarası haqqında iddialar 2006-cı ildən başlayıb. Həmin il A.Kabayeva idman karyerasına son qoyub. Bu məqsədlə keçirilən tədbir zamanı Kabayevaya mükafat təqdim olunub. Tədbirdə Putin də iştirak edib. Tanınmış siyasətçilə idmançının eşq macarası da elə həmin görüşdən sonra başlayıb.

Rusiya prezidenti bir necə il öncə həyat yoldaşı Lüdmila Putinadan da ayrılıb. 

Tarix
1 Noyabr 2014 [12:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin