Ana səhifə
21 Sentyabr 2018

Bir dövlətin, xalqın gələcək haqqında əminliyi onu təmsil edən gəncliyə bağlıdır

Əli Həsənov: «Azərbaycan dövlətinin hər zaman gənclərdən umduğu bir məsələ var, o da dövlətçilik, vətənpərvərlik hissləridir» 

Azərbaycançılıq ideologiyasının həyata keçməsində, milli birliyin yaranmasında gənclərin böyük roldu var. Onlar həmşə dövlətçiliyə sədaqəti ilə seçiliblər. Buna görə də Azərbaycan dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də gənclər siyasətidir. Bu siyasətin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin ayrı-ayrı təmsilçiləri hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla, dövlətin idarəçiliyində yaxından iştirak edirlər. Sağlam və vətənpərvər ruhda yetişən  Azərbaycan gəncləri  milli-mənəvi dəyərlərin qorunmasında elmi, intellektual potensialın  formalaşmasında mühüm rol oynayırlar. Bütün ölkələrdə müsbət və mənfi məcrada hərəkət edən proseslərdə gəncliyin nümayəndələri iştirak edirlər. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu barədə deyib. «Azərbaycan dövlətinin hər zaman gənclərdən umduğu bir məsələ var ki, o da dövlətçilik, vətənpərvərlik hissləridir. PA rəsmisi bildirib ki, o dövlətin gənclərinin həyatı dolğun, firavan, rahat olur ki, həmin dövlətin gənclərinin böyük əksəriyyəti təhsilli, mədəniyyətli olur, başqa dillərə, mədəniyyətlərə tolerant yanaşır, ətraf aləmdə mövcud olan yenilikləri kifayət qədər qavrayıb öz ölkəsinin, dövlətinin dilinə, mədəniyyətinə tətbiq etmək baxımından praktik olur: "Sizin hər biriniz bir ailənin övladısınız, bir nəslin nümayəndəsisiniz, eyni zamanda, sizin hər biriniz Azərbaycan dövlətinin vətəndaşısınız, azərbaycanlısınız. Bu da hər bir insanın üzərinə əlavə bir məsuliyyət qoyur. Bu məsuliyyət nədir? Bu, dövlətin, xalqın mövcud varidatına sahib çıxmaq, onu inkişaf etdirmək, daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təyziqlərdən qorunma işində öz çiyinlərinizi bəlli sütunlar altına vermək, bəzi yükləri öz çiyinlərinizə götürmək, dövlətimizə, millətimizə sahib çıxmaqdır. Biz də gələcəyimizə tam əmin ola biləcəyik ki, gənclər dünyada rəqabətədavamlılıqla bərabər milli təəssübün daşıyıcılarıdır".

Ə.Həsənov bildirib ki, Azərbaycan Respublikasının bugünkü gənclər siyasətinin, daxili milli siyasətinin, sosial siyasətinin və informasiya siyasətinin də təməlində insan dayanıb, Azərbaycan vətəndaşı dayanıb: "Bu siyasətin təməlində ümummilli lider Heydər Əliyevin dərin zəkası, konseptual yanaşması və təməlini qoyduğu azərbaycançılıq durub. 1993-2003-cü illər ərzində formalaşan, həyata keçirilən bu siyasətin xüsusi qanadını gənclər siyasəti təşkil edir. Və bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsi məhz Azərbaycan insanı, onun zənginləşdirilməsi, həyatının firavanlaşdırılması, getdikcə dünyada mövcud olan texniki, sosial, mədəni, mənəvi və digər yeniliklərlə dolğunlaşdırılması və Azərbaycan dövlətinin daxili həyatında bir tamlıq yaradılmasından ibarətdir". Bunlar Azərbaycan dövlətinin möhkəmlənməsinə, dünyada mövqeyinin güclənməsinə xidmət edir.
PA rəsmisinin sözlərinə görə, ilk növbədə, informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan gənclərin istifadəsinin dolğunlaşdırılması, asanlaşdırılması və gənclərin bu sahədə olan biliklərə yiyələnməsi, ikincisi, gənclər siyasətinin özünün dolğunlaşdırılması, gənclərin qəlbinin dərinliklərində yatan ideyaların, təşəbbüslərin sosial bloqlara çıxarılaraq bölüşdürülməsi və ən əhəhmiyyətli olanlarının dövlət siyasətinə tətbiq olunması, üçüncü isə sosial məsələ - gənclərin mövcud həyatının, biliklərinin, mövcud vərdişlərinin, ailədə aldığı tərbiyənin dövlətə, dövlətçiliyə bağlılıqla bağlı dövlətimizin, millətimizin inkişafına yönəldilməsi və tətbiqi qarşıda duran vəzifələrdən biri olmalıdır.
Şöbə müdiri bildirib ki, Prezident İlham Əliyevin bu gün yürütdüyü siyasət nəticəsində Azərbaycan yüksək yerlərə gəlib çatıb: "Azərbaycan artıq kosmik ailənin üzvüdür. Bölgədə kosmik ailənin üzvü olan neçə dövlət var? Postsovet məkanında bu ölkələr Rusiya, Qazaxıstan, Ukrayna və Azərbaycandır. Dünyada 55-60 belə dövlət var. Nə qədər qürurdoğurucu bir haldır ki, bu 55-60 dövlətin sırasında biz də varıq".
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi də xarici siyasətimizin uğurudur: "Dünyada nə qədər ölkə buna nail olub? Postsovet məkanında yenə Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan. Bu anlamda Azərbaycan bu gün bölgənin Türkiyə, Rusiya, Ukrayna, İran kimi dövlətləri ilə bir sırada dayanan dövlətdir. Azərbaycan iqtisadi qüdrəti, adambaşına düşən ümumk daxili məhsulun həcmi, sənaye potensialı üzrə onların bəzilərindən yüksəkdə durur. Bu istiqamətdə gedən inkişaf gənclərdə bir tərəfdən məsuliyyət, bir tərəfdən qürur hissi yaradır. Bir tərəfdən siz bu dövlətin yaratdığı imkanlardan istifadə edirsiniz, digər tərəfdən onları qorumaq məsuliyyəti sizin üzərinizə düşür. Azərbaycanın təbliğatını xarici aləmdə aparmaq vacibdir. O mədəniyyətlər, o xalqların adət-ənənələri yaşayacaq ki, onlar güclüdür, ona sahib çıxan həmin xalqın gəncliyi var. Siz dünyada ən yaxşı azərbaycançılığın nümunəsi ola bilərsiniz. Azərbaycan dövləti həmişə sizinlədir, sizin arxanızdadır".
PA rəsmisi qeyd edib ki, Azərbaycanın sosial siyasəti dünyanın nümunə göstərilən siyasətlərindən biridir: "Bunun nəticəsi olaraq Azərbaycanda tolerantlıq yaranıb, multikulturalist ənənələr formalaşıb, xalqlar, millətlər, etnik qruplar arasında sözün həqiqi mənasında sivil birgə yaşayış normaları bərqərar olub. Azərbaycanda əhalinin sosial qrupları arasında tam anlaşıqlı və birgə sivil yaşayışları üçün normalar yaranıb. Azərbaycanın fəhləsi də, ziyalısı da, orta təbəqəsi də, gəncləri də dövlətin siyasətindən öz payını alır və cəmiyyətdəki bugünkü sabitlik də həmin sosial siyasətin praktikliyinin nəticəsidir". Bunlar azərbaycançılıq ideologiyasının təməl daşlarıdır. Azərbaycan gəncləri bu uğurldarın əldə olunmasında aparıcı qüvvədir. Milli Məclisin sədr müavini Bahar Muradova açıqlaması ilə bunu bir daha təsdiqləyir.  O bildirib ki, gənclərə müxtəlif sahələrdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb: "Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerlərini müəyyən ediblər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Eyni zamanda, bu gün Milli Məclisdə gənclərin çoxluq təşkil etməsi danılmaz faktdır. "Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bəzi məsələlərdə bugünkü gənclikdən nümunə götürürəm. Çünki indiki gənclər ideya verir və istiqamətlər göstərir. Hətta indiki gənclər həyatın bütün sahələrinə nüfuz edəcək güc halına gəlib".
Deməli, Azərbaycan dövlətinin hər zaman gənclərdən umduğu bir məsələ var, o da dövlətçilik, vətənpərvərlik hissləridir. 

Tarix
18 Fevral 2016 [19:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin