Ana səhifə
20 Fevral 2018

Xalq artisti Nurəddin Mehtixanlı üçün özəl gün

Bu gün xalq artisti , Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının doğum günüdür. Azərbaycan mədəniyyətinə oynadığı rollarla hədsiz tövhələr verən böyük sənətkar 58 yaşını qeyd edir.

 

1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulan qiymətli sənətkar sonradan 1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurun Nurəddin Mehtixanlı təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb. Elə həmin vaxtan mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilib.

 

 

 Biz də Ucnoqta.az kollektivi olaraq yaraşıqlı, şux görünüşlü, romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik sənətkarımızı doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı, səadət, rifah, xöşbəxtlik dolu həyat arzu edirik.

 

Tarix
6 Oktyabr 2014 [18:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ