Ana səhifə
13 Noyabr 2018

Azərbaycançılıq mədəniyyətimizi, dil, ədəbiyyat və tariximizi özündə ehtiva edir

O bizi dünyaya tanıdan milli-mənəvi dəyərdir

 Milli dəyər bir cəmiyyətin, bir millətin mənəvi dəyər və həyat pisixologiyasını özündə cəmləşdirir. Təsadüfi deyil ki, millətin pisxologiyasını, onların yaşam qayəsini öyrənmək üçün tədqiqtçılar elə ilk növbədə həmin millətin milli dəyər  və adətlərini araşdırırlar. Milli dəyərlər təkcə bir dövr insanının arzu və istəklərindən ibarət deyil. Bu amil həm də xalqın düşüncə keçmişini, indisini və gələcəyini formalaşdıran bir genofonddur. Milli dəyərlər eyni zamanda  bir xalqın milli mənəvi irsini də nəsildən-nəsilə ötürə biləcək əsas faktorlardan biridir. Zaman dəyişdikcə insanların pisixologiyası, onların yaşam dəyərləri də müəyyən çərçivədə dəyişilə bilər. Buna əsaslanaraq deyə bilərik ki, əslində milli dəyərlər müəyyən bir sxem halındadır, lakin konservant deyil. Belə ki, nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti də dəyişir. «Əslində bu təbii bir prosesdir. Yəni, biz istəsək də bu dəyişikliklərin qarşısını ala bilmərik. Yox, əgər biz buna cəht etsək belə, müəyyən bir müddətdən sonra onun məhvinə səbəb olmuş olarıq. Azərbaycan xalqının tarixində  yaşamış olduğu işğallar, islam dininin qəbul edilməsi əslində bütün bunlar milli dəyərlərimizə istər dünyəvi, istərsə də dini baxımdan yeni koloritlər gətirmişdir. Bu baxımdan Azərbaycanın milli dəyərləri çox şaxəli olduğu kimi, bəzi hallarda ziddiyyət də təşkil edir. Biz bu gün deyə bilmərik ki, milli dəyərlərimiz cəmiyyət tərəfindən tam mahiyyətiylə anlaşılır»,-xalq artisti Zamiq Əliyev deyib. Bu gün azərbaycanlılar bu ideya ətrafında sıx birləşib. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası dünyadakı həmvətənlərimizi birləşdirən, bizi dünyaya tanıdan milli-mənəvi dəyər olmaqla yanaşı, eyni zamanda mədəniyyətimizi, dil, ədəbiyyat və tariximizi - ümumilikdə humanitar elmimizi, incəsənətimizi, habelə milli mentalitetimizi özündə ehtiva edir.
  Milli musiqi sənətimizin inkişaf etdirilməsi, muğamımızın təbliği və dünyaya sirab olunması da nəticə etibarilə azərbaycançılıq fəlsəfəsini, milli zənginliyimizi tanıtmaq deməkdir. 1920-ci il çevrilişindən əvvəlki dövrdə muğam ifaçılığı Azərbaycanda çox yüksək bir zirvədə durmuşdur. Muğama çox böyük hörmət var idi. Hətta o dövrün sənətkarları və sənətsevərləri muğama təkcə musiqi kimi yox, ona bir elm kimi də yanaşırdılar. Yaşlı musiqiçilərin dediklərinə görə o vaxtlar musiqi məclislərində ifaçı əgər dəstgahda bir şö¬bə¬ni və ya guşəni düz oxumurdu, ya heç oxumurdusa, ya da artıq boğaz və gəzişmələr edir¬disə, həmin ifaçıya irad tutulurdu. Həmin ifaçı bir daha bu məclisdə oxumaqdan məh¬rum edilirdi. Klassik muğamların əksəriyyəti əsasən demək olar ki, Bakı məclis¬lə¬rində oxunardı. Tarixi mərhələlərdə belə məclislərdə Seyid Əzim Şirvani, Nəriman Nərimanov və bir çox tarixi şəxsiyyətlər də iştirak ediblər. 
Muğamın özünə görə forma və quruluşu vardır. Onu pozmağa heç kimə icazə veril¬mirdi. Ən kiçik muğam beş şöbədən və guşədən, ən böyüyü isə əlli şöbə və guşədən ibarət olurdu. Əsl sənətkarlar və muğamşünaslar demək olar ki, hər bir dəstgahı, muğamı nöqtə vergülünə qədər tamam-kamal bilirdilər (2). 
Muğam tək o deyil ki, biri çaldı, digəri oxudu, o birisi qulaq asdı. Muğamda məntiq var. Hər ifaçının da məqsədi o olmalıdır ki, bu məntiqi dinləyiciyə çatdırsın. İfaçı o zaman sənətkar, ustad olur ki, dinləyici onun ifasındakı məntiqi anlayır, onu qəbul edir. Həmin bu məntiq də muğamın əsas qanunudur. Çox maraqlıdır ki, Azərbaycan ifaçıları osmanlı və ya fars boğazlarını ifa edə bilir, lakin onların heç biri Azərbaycan muğam boğazları oxuya bilmirlər. Ancaq onu da qeyd etmək lazımdır ki, muğam ifası ilə yanaşı mu¬ğam elmi də müasirləşir. Muğam əsrin əvvəlindəki formadan uzaqlaşır. Muğamın müa-sirləşməsi heç də pis proses deyil, bu həyatın tələbidir. Amma hər şeyin ölçüsü, qa¬nun qaydası olmalıdır. Muğamda yabançı xallar, barmaqlar, boğazlar, zəngulələr calaq edilir. Musiqi alətlərində texniki ifaya böyük üstünlüklər verilir. Əlbətdə bütün bunlar muğamın öz ana kökündən qismən uzaqlaşmasına sanki zəmin yaradır. Çalışmalıyıq ki, mu¬ğam bağının alaqlarını aradan qaldırıb, təmizləyib, babalarımızdan, əcdadlarımızdan bi¬zə tarixi, mənəvi miras qalan ətirli muğam dünyasını gələcək nəsillərə olduğu kimi çatdıraq.
Qeyd edək ki,  XIX əsrin I yarısından başlayaraq Azərbaycanda muğam sənəti geniş vüsət alıb. Qarabağda Azərbaycan muğamı elə inkişaf etdi ki, ustadlarımızın ifa sənətinə Tiflisdə, Kiyevdə, İstanbulda, Varşavada, Berlində, Daşkənddə də rast gəlinərdi. Böyük sənətkarlarımız Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Cəmil Əmirov, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski muğamın inkişafında əvəzsiz xidmətləri vardı. Eləcə də Ağcabədidə Mütəllim Mütəllimovun, Zülfi Adıgözəlovun, Yaqub Məmmədovun, Ağdamda Bakir Həşimovun, Mürşid Məmmədovun, Sara Qədimovanın Şahmalı Kürdoğlunun, İldırım Həsənovun, Əbülfət Əliyevin və digərlərinin xidmətini unutmaq olmaz.  Onların ifaçılıq sənəti Arif Babayevin yaradıcılığına və onun muğam sənətinin zirvələrini mənimsəməsinə güclü təsir edib. Arif Babayev XIX və XX əsr muğam ustadlarının içdikləri bulaqların hamısından muğam suyu içib. Xan Şuşinski adına Ağdam Musiqi Texnikumunun muğam ustadlarından sənətin sirlərini öyrənib. 
  Arif Babayev muğam elminə təzə yollar, təzə keçidlər, həm həzin, pəs, həm də Zarıslı qaymağı kimi şaqraq zil səs verib. Hansı muğam olursa-olsun, o, Şuşa dolaylarını rahat qalxan sürücülər kimi, ürəyə məlhəm olan gedişlər edərək, dinləyicilərin ürəyincə oxuyur. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Əbülfət Əliyevdən sonra ən güclü və şirin Məcnun ifaçısı məhz Arif Babayev olub. Sənətkarın yaraşıqlı zahiri görkəmi, qədd-qaməti daxili paklığı ilə təsdiqlənir. Böyük rus yazıçısı A.P.Çexov yazırdı ki, insanın həm xarici aləmi, həm də daxili aləmi gözəl olmalıdır. Bunların hər ikisi Arif Babayevdə cəmlənib. «Arif Babayev etika və mənəviyyat baxımından zirvələrdə duran böyük el sənətkarıdır. O, ulu öndərin milli ideya olaraq irəli sürdüyü azərbaycançılığa tam uyğun bir şəxsiyyət, böyük vətəndaşdır. Arif Babayevin anadan olduğu torpaq, doğma Sarıcalı kəndi mədəniyyətimizə, sənət tariximizə mühüm töhfələr verib»,-dosent Yusif Ağayev deyib.
Arif Babayev böyük müəllimdir. «Onun yetirmələri arasında xalq artistləri Aygün Bayramova və Nəzakət Teymurovanı xüsusilə qeyd etmək istərdim. Son illər respublika muğam müsabiqələrində gənc ifaçıların meydana çıxmasında onun böyük əməyi, zəhməti var. Onun ustadlığı sayəsində Azərbaycan muğamında Təyyar, Güllü, Babək, Etibar, Mirələm, Səbinə, Mustafa kimi yeni adlar, ifaçılar kəşf olundu»,-Yusif Ağayev deyib.
Ümumiyyətlə,  Şərq fəlsəfəsinin, şərq xalqlarının dünyagörüşünün ifadəçisi olan muğam əsrlərdən bəri cilalanaraq bu günə gəlib çatıb. Dövrümüzün ən böyük nailiyyəti mu¬ğa¬mın YUNESKO tərəfindən bəşəriyyətin ən möhtəşəm sənət abidələri siyahısına daxil edil¬məsidir. Dövlət səviyyəsində muğamla bağlı hər bir layihənin həyata keçirilməsi bu sənətin bütün dünya miqyasında təbliğində və yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən muğamla, onun ifaçılığı ilə bağlı hər bir məlumat böyük aktuallıq kəsb edir. Muğamın yaşarlılığında ifaçılara dəstək olan milli adətlərimiz, xüsusilə tar alətinin əvəzedilməz rolu var. Muğamın təbliğində  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələrin, tədbirlərin rolu əvəzolunmazdır. Azərbaycan musiqisinin böyük sahəsi olan muğam elə bir musiqidir ki, milliyyətindən asılı olmayaraq heç bir xalq bizim muğamımızı özününküləşdirə bilməyib və nə qədər də çalışsalar, buna nail olmayacaqlar. 

(ardı var)

Tarix
17 Fevral 2016 [19:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin