Ana səhifə
27 May 2018

Mədə-bağırsaq xəstəliklərini yaradan başlıca faktorlar -həkim məsləhəti

 Son zamanlar insanlar arasında mədə-bağırsaq xəstəlikləri geniş yayılıb. Burada bir çox faktorlar rol oynayır – genetik və xarici faktorlar, düzgün qidalanmamaq, rejimsizlik, düzgün olmayan həyat tərzi, maddələr mübadiləsinin pozulması və s.

Bununla bağlı Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qastroenteroloqu Vüqar Rəsulov mədə-bağırsaq xəstəliklərini yaradan səbəblər və onlarla mübarizə yolları barədə müsahibə verib. 
-Mədə-bağırsaq problemlərini yaradan başlıca səbəblər nələrdir?

-Müasir dövrdə ən çox rast gəlinən problemlər əsasən həzmsizlik, köp, mədə yanması, qıcqırma, ağızda xoşagəlməz dad və qoxunun olmasıdır. Başlıca səbəb kimi stress faktorunu göstərmək olar. Bundan başqa qeyri-düzgün qidalanma, Helicobacter pillory mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. Stresə bağlı olaraq ən çox rast gəlinən xəstəlik funksional dispepsiya və qıcıqlanmış bağırsaq sindromudur. Aparılan müayinələrdə həmin xəstələrdə orqanik patologiyalar müşahidə olunur. Lakin zaman keçdikcə, finksional problemlər digər amillərin təsiri nəticəsində orqanik xəstəliklərə çevrilə bilər. 

-Sizcə stress, əsəb mədə-bağırsaq xəstəliklərinə necə təsir edir?

-Biz hər zaman həkim olaraq, bütün insanlara sağlam həyat tərzi, sağlam qidalanma məsləhət görürük. Bu da bir çox xəstəliklər kimi mədə-bağırsaq xəstəliklərinin də qarşısını almaqda kömək edəcək. Müasir zamanda aktiv həyat tərzi şəhərdə yaşayan insanlara adətən şamil edilmir. Çünki onlar daha çox oturaq həyat tərzi keçirir.
Əgər biz insan vücudunu bioloji mexanizm kimi nəzərə alsaq, istənilən mexanizmin istirahətə ehtiyacı var. Hətta ürək də istirahətsiz işləmir.
Sizə maraqlı bir fakt deyim ki, ürəkdə xərçəng xəstəliyinə nadir hallarda rast gəlinir. Və bunun əsas səbəbi onun daim istirahət edərək işləməsidir. Təbii ki, insan vücuduna da daim istirahət lazımdır. Böyüklər, xüsusilə uşaqların gecə yuxusu çox önəmlidir. Ümumiyyətlə, gecə yuxusunda melatonin (gecə ifraz olunan qaranlıq hormonu – red) deyilən maddə ifraz olunur ki, bu uşaqlarda inkişafı təmin edir, böyüməni tənzimləyir.

Bir insan normal istirahət etmirsə və yuxusuz qalırsa, bu psixoemosional və fiziki qıcığa gətirib çıxarır. Bunun nəticəsində orqanizm istənilən təsirə daha həssas olur. Ona görə də belə orqanizmdə bakteriya və virus inkişaf edir.

-Ağız boşluğunda xoşagəlməz qoxuların olması mədədə hansısa problemin olmasına işarədirmi?

-Ağız boşluğunda qoxuların olması, həm də mədə-bağırsaq problemlərinin olmasının göstəricisidir. Qida borusunun divarında kisəcik əmələ gətirən defektlər varsa, bunun nəticəsində qidanın bir hissəsi orada toplanır və çürümə gedir. Nəticədə ağız boşluğunda xoşagəlməz qoxular əmələ gəlir. Digər tərəfdən əgər mədə boşalmasında ləngimə varsa, mədədə mikrob olarsa bu zaman mədə-bağırsaq problemləri ortaya çıxır. 

Bilmək vacibdir ki, bir insan axşam gec saatlarında yemək yeyirsə, mədədə həzm getmir və qıcqırma baş verir. Bundan əlavə qaraciyər problemləri olanda da bu kimi xəstəliklər meydana gəlir. 

-Daha çox hansı yaş qrupunda olan insanlar sizə müraciət edirlər?


-Bu gün gənclərimiz tez hazırlanan “fast food” qidalarına üstünlük verirlər. Ona görə də qidalanma sabit, balanslaşdırılmış deyilsə, karbohidrat üstünlüklüdürsə, qan dövranı zəifdirsə, bu, mədə-bağırsaq xəstəliklərini yaradan başlıca faktorlardan biri sayılır.

-Bariatrik əməliyyatlar haqda nə deyə bilərsiniz…

-Bu əməliyyat son zamanlarda tətbiq edilməyə başlanıb. Biz buna  mədənin anatomik quruluşuna müdaxilə deyirik və bu onun dəyişdirilmsi prosesi kimi izah olunur. Çəki itkisi əsasən 2 mexanizmlə - birincisi mədənin həcminin kiçildilməsi ilə mexanik məhdudlaşdırma nəticədə erkən doymanı təmin etmək, ikincisi isə mədənin fundus nahiyyəsində Ghrelin yəni “aclıq hormonu” ifraz olunur, hansıki əməliyyat zamanı həmin hissə kəsilib çıxarıldığı üçün təbii olaraq iştah da azalmış olur və çəki itkisi baş verir. Nəticədə bu əməliyyatlar zamanı çəki itirilir, orqanizmin kütləsi azaldığı üçün mədəaltı vəzə düşən yük azalır, hətta bəzən yüngül dərəcədə şəkər xəstəliklərini aradan qaldırmağa da gətirib çıxara bilir.

Tarix
17 Fevral 2016 [14:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin