Ana səhifə
24 Sentyabr 2018

Məmurun evindəki pulları pulsayan maşın saya bilmədi

Çində məmurun evindən rekord miqdarda pul çıxıb.

 

 

Ucnoqta.azxəbər verir ki, bu pulları dollara çevirəndə 33 milyon dollar edir.  

Rüşvət əleyhinə istintaq aparan prokuror Xu Cinhui oktyabrın 31-də deyib ki, bu nağd pul məmur Vey Penqyuanın evindən tapılıb. Vey Penqyuan Milli Enerji Administrasiyasının yüksək vəzifəli şəxsidir. O, rüşvət almaqda ittiham olunur.  

Prokuror deyib ki,  onun evindən çıxan pullar o qədər çox olub ki, pulları sayarkən  4 pul sayan maşın xarab olub, sıradan çıxıb.

Çin lideri Xi Jinpinq 2012-ci ildə hakimiyyətə gələndən korrupsiya ilə mübarizə elan edib.

Hakim partiya bildirir ki, korrupsiya cəmiyyətin hakimiyyətə inamını qırır və hakim partiyanın idarəçiliyinin legitimliyinə təhlükə yaradır.  

Tarix
1 Noyabr 2014 [11:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin