Ana səhifə
17 Noyabr 2018

Avropa Ukraynadakı seçkiləri tanımayacaq - Merkel

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində bildirib ki, Ukraynanın şərqində bazar günü üçün planlaşdırılmış seçkilər qanunsuzdur və Avropa liderləri tərəfindən tanınmayacaq.

 

 

Ucnoqta.azxəbər verir ki, azadliq.org-un yazdığına görə Merkellə Putinin telefon söhbətində Fransa prezidenti Fransua Ollan Ukrayna prezidenti Petro Poroşenko da iştirak ediblər.

Merkel və Olland telefon söhbətində deyiblər ki, Ukraynada yalnız Ukrayna qanunlarına uyğun seçkilər keçirilə bilər.

Onlar həmçinin vurğulayıblar ki, separatçıların keçirdikləri seçki Rusiyanın da qəbul etdiyi sülh sazişinə ziddir.

“Almaniya bu qanunsuz seçkiləri tanımayacaq” – deyə Angela Merkel vurğulayıb.

 

Qeyd edək ki, Şərqi Ukraynada keçiriləcək seçkilərin tanınmayacağı barədə Avropa liderlərinin qərarı ötən həftə Brüsseldə qəbul olunub.

 

Tarix
1 Noyabr 2014 [11:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin