Ana səhifə
12 Dekabr 2018

"Media orqanlarına yalan məlumat ötürən şəxslər qanun qarşısında cavab verəcəklər"

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun Trend-ə istinadən müsahibəsini təqdim edirik:

- Fərasət müəllim 16 yanvar Şuranın 2016-cı il birinci maliyyə müsabiqəsinə müraciət etmək üçün sonuncu tarix idi. Şuraya QHT-lərdən nə qədər layihə daxil olub və hazırda onların qiymətləndirilməsi necə aparılır?

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il üçün elan etdiyi birinci maliyyə müsabiqəsinə 660 QHT-dən layihə daxil olub. Layihələrin qiymətləndirilməsi bir neçə mərhələdən keçir. İlkin olaraq Şura Katibliyinin elektron bazasına daxil olan layihələrin texniki seleksiyasını həyata keçiririk. Burda QHT-lərin göndərdiyi layihə sənədlərinin müsabiqə elanında nəzərədə tutulan şərt və qaydalara uyğunluğu yoxlanılır. Bu prosesi artıq başa çatdırmışıq.

Artıq layihələrin çoxmərhələli ekspertiza və qiymətləndirmə mərhələsi üçün zəruri olan növbəti mərhələ başlayıb. Texniki seleksiyadan keçərək qeydə alınmış layihə təklifləri azı 2 ekspert tərəfindən qiymətləndiriləcək. İlk dəfə olaraq layihələrin dəyərələndirilməsi başa çatdıqdan sonra ekspertlərin layihələrə verdikləri balların ictimaiyyətə elan olunması da nəzərdə tutulur. Qeyd edim ki, QHT-nin Şuranın dəstəyi ilə indiyədək həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katiblik əməkdaşları müvafiq arayış hazırlayır. Təəssüflər olsun ki, bəzi QHT-lər hətta keçən illərdə təqdim etdikləri, olduqca zəif hazırlanan layihələrə heç bir dəyişiklik etmədən təkrarən bu ilki müsabiqəyə göndəriblər. Bütün bunlara Şura adekvat qiymət veriləcək. Növbəti mərhələdə isə layihə təklifi haqqında ekspertlərin qiymətləndirmələri və digər qeyd olunan sənədlər toplanaraq Şura üzvlərinin müzakirəsinə verilir və onlar son qərarı qəbul edirlər.

- Müsabiqənin nəticələri nə zaman elan olunacaq?

- Müsabiqənin nəticələrinin martın birinci yarısında elan olunması planlaşdırılır.

- Layihələrin qiymətləndirilməsi hansı mərhələdən keçir?

- Şura fəaliyyətində şəffaflığın, çevik və səmərəli idarəetmənin tətbiqi məqsədi ilə daima axtarışdadır. Bildiyiniz kimi artıq bir neçə ildir ki, Şuranın Katibliyi QHT-lərdən müsabiqəyə təqdim olunan layihələri, təsviri və maliyyə hesabatlarını elektron formada qəbul edir. Bütün çətinliklərə baxmayaraq Şura şəffaflıq və aşkarlıq mədəniyyətini ölkəmizdə milli donor səviyyəsində müvəfəqiyyətlə tətbiq edə bilib. Bu cəhətdən layihələrin qanunvericiliyə və Şuranın Əsasnaməsinə uyğun şəkildə, tamamilə obyektiv əsasda qiymətləndirilməsinə hər hansı maneçiliyin törədilməsinə yol verməmişik. Bundan sonra da yol verməyəcəyik. Şura istənilən maraqlı tərəfin, jurnalistin iştirakı ilə fəaliyyəti ilə bağlı bütün məsələlərin araşdırılmasına və fəaliyyətinin təftiş olunmasına şərait yaratmağa hazırdır.

Ancaq təəssüflər olsun ki, dələduzluq yolu ilə QHT nümayəndələrinin etibarını qazanaraq onlardan guya Şuradan layihələrinə dəstəyi təmin etmək adı ilə pul qoparmağa, ictimai sektorda və cəmiyyətdə şübhəli meyillərin yaranmasına çalışanlar var. Biz belə qanunsuz hallarla rastlaşan QHT-ləri hüquq-mühafizə orqanlarına və Şuraya dərhal müraciət etməyə çağırırıq.

Təəssüflər olsun ki, belələri eyni yalanı və böhtanı dəfələrlə təkrarlamaqdan yorulmurlar. Bu cür şəxslərə bildirmək istəyirəm ki, kimliyindən asılı olmayaraq dələduzluq yolu ilə mənfəət əldə etmək və digər çirkin məqsədlərlə Şuranın fəaliyyətinə kölgə salmağa çalışanlar qanun qarşısında cavab verəcəklər.

- Fərasət müəllim keçən ay bəzi saytlarda Şuranın fəaliyyətinə kölgə salmağı hədəfləyən yazılar yayımlandı. Sizdə dərhal bu yazıların şər və böhtan olduğunu bildirdiniz və həmin saytlarla bağlı Mətbuat Şurasına şikayət etdiniz. Mətbuat Şurası şikayətiniz əsasında məsələni araşdırdı və saytlara ciddi xəbərdalıq etdi. Bu qərar Sizi qane etdimi?

- Bəli, təəssüflər olsun ki, Şuranın haqqında iftira və böhtan xarakterli yazılar yayımlamaqla ictimaiyyəti çaşdırmağa, fəaliyyətimizə kölgə salmağa çalışanlar da tapılır. Biz hər zaman medianın cəmiyyətimizdə oynadığı rolu yüksək qiymətləndirərək onlarla yaxından əməkdaşlıq etməyə, onların bütün sorğularının cavablandırmağa çalışırıq. Ancaq əlbətdəki haqqımızda yazılan şər və böhtanlara qarşı da münasibətimiz birmənalı və kəskindir. Belə hallardan biri bu yaxınlarda baş verib. 29 yanvar 2016-cı il tarixdə “xeber.info” saytında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şuranın sədri, millət vəkili Azay Quliyev haqqında böhtan və şantaj xarakterli yazı dərc edilmişdir. Arqument.az saytı isə bu sayta istinad edərək həmin məlumatı yayımlayıb. Şura dərhal bu yazıya media orqanları vasitəsi ilə rəsmi münasibət bildirilmiş və Mətbuat Şurasına ərizə ilə müraciət etmişdir.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının fevralın 5-də iclası keçirilib. Araşdırmanın nəticəsi olaraq Mətbuat Şurası belə bir qənaətə gəlib ki, “xeber.info” və “arqument.az” saytlarında Şura və onun sədri Azay Quliyev haqqında dərc olunan məlumatlar həqiqəti əks etdirmir və bu böhtan xarakteri daşıyır. Mətbuat Şurası qeyd olunan yazını Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Şuranın sədri, millət vəkili Azay Quliyevin işgüzar nüfuzunu ləkələmək cəhdi kimi qiymətləndirərək onun hüquqazidd olduğunu bəyan edib.

MŞ-nın qərarında “xeber.info” və “arqument.az” saytlarından 29 yanvar 2016-cı ildə Şura və qurumun sədri Azay Quliyev haqqında yayımladığı yalan məlumatları təkzib etməyi, Şura və onun sədrindən üzr istəmələri tələb olunur. Bu yalan məlumatı dərc edən “xeber.info” saytı rəsmi şəkildə yaydığı xəbəri təkzib etdi və bu yazıya görə Şura sədri Azay Quliyevdən üzr istədi. “Arqument.az” saytı isə “xeber.info” saytına istinadən verdiyi məlumatı yalanladı və Mətbuat Şurasının qəbul etdiyi qərar və rəyi olduğu kimi dərc etdi.

Şura haqqında yazılan yalan və həqiqətə uyğun olmayan yazıların Mətbuat Şurasının Şikayət Komissiyası tərəfindən obyektiv araşdırılmasını və bu yazıya düzgün qiymət verilməsini, həmçinin qeyd olunan saytların Mətbuat Şurasının qəbul etdiyi qərarlara uyğun hərəkət etdiyini nəzərə alaraq, bu məsələnin “xəbər.info” və “arqument.az” hüquqi müstəvidə davamına lüzum görmədik.

Yeri gəlmişkən, Mətbuat Şurasına şikayətimizə operativ və obyektiv baxdığına görə təşəkkür edirəm.

Bununla yanaşı bildirmək istəyirəm ki, media orqanlarına yalan məlumat ötürən və hərəkətlərində kifayət qədər dələduzluq elementi olan şəxslərlə bağlı araşdırmalarımız yekunlaşmaq üzrədir. Hamı bilməlidir ki, kimliyindən asılı olmayaraq dələduzluq yolu nə isə əldə etməyə, yalan və böhtanla Şuranın fəaliyyətinə kölgə salmağa çalışanlara güzəşt edilməyəcək və onlar haqqında qanunvericilik çərçivəsində tədbirlər görüləcək. Mediya nümayəndələri də bu kimi məsələlərdə diqqətli olmalı, yoxlanılmamış və həqiqətə uyğun olmayan məlumatları dərc etməməli və bununla da üçüncü tərəfin qaniunnazidd hərəkətlərinə görə zərər çəkməməlidirlər.

Tarix
12 Fevral 2016 [18:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin