Ana səhifə
26 Fevral 2018

Mətbuat Şurasında 3 KİV-in məsələsinə baxılıb

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 3  kütləvi informasiya vasitəsi barədə müraciətləri araşdırıblar.
Öncə «Medaz.az» saytı ilə bağlı iki şikayətə baxılıb. Komissiya həm 48 saylı Notiriat  Kontorunun, həm də Bakı şəhər 223 saylı  körpələr evi - uşaq baxçasının narazılığını doğuran yazıların «reket jurnalistika»ya xas tərzdə təqdim olunduğu qənaətinə gəlib. Belə ki, hər iki mətbu materialda kifayət qədər ciddi ittihamlar yer almasına baxmayaraq sayt bunların nə dərəcədə həqiqətə uyğunluğunu təsdiqləyə biləcək sənədlərə, dəlil-sübutlara istinad etməyib. Əksinə qüsurlu materialları müvafiq qurumlara ünvanlamaqla onların təhdidlərə məruz qalmasına cəhdlər göstərib.
İclasda bütün bunlar əsas götürülərək məsələnin MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə  Komissiasınında da araşdırılması  məqsədə  müvafiq sayılıb. Bu komissiyanın təqdimatında  «Medaz.az» saytının adının Mətbuat Şurasının «qara siyahı»sına salınması üçün hansı əsasların olduğuna aydınlıq gətiriləcəkdir.
Şikayətlər üzrə Komissiya «Korrupsiya və cəmiyyət+» qəzeti barədə də eyni rəyi çıxarıb. MŞ-yə daxil olan müraciətdə mətbu nəşr rəhbərliyinin jurnalist fəaliyyətinə kölgə salan işlə - diplom satışı ilə məşğul olduğu göstərilsə də o, müzakirəyə qatılmayıb. Buna görə məsələnin araşdırılması  Şuranın «Reket jurnalistika»ya qarşı  mübarizə Komissiyasına  həvalə edilib.
Gəncə Dəmiryolu Vağzalının «Xeberinfo.com» saytı barədə müraciətinin müzakirəsində bu KİV-ə qarşı tərəfin mövqeyinin təqdimatı tövsiyə olunub.

Tarix
12 Fevral 2016 [17:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ