Ana səhifə
20 Noyabr 2018

“Bu kimi fikirlər bizi çox sevindirir və gələcək uğurlara stimul verir”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin iclası keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin iclası keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iclas 5 il öncə yaradılan və bütün tamaşalarda izləyicilərin ixtiyarına verilən “Rəy kitabı”nda yazılan fikirlərin müzakirəsinə həsr edilib. Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək rəy kitabında yazılan fikirlərlə iclas iştirakçılarını tanış edib: “Tamaşalarımızın, eləcə də aktyorlar və rejissorlarımızın peşəkarlıq səviyyəsini müəyyən etmək, tamaşaçılarımızın teatrımıza, nümayiş etdirdiyimiz səhnə əsərlərinə münasibətlərini öyrənmək üçün 2011-ci ildə “rəy kitabı”nın yaradılmasına qərar verdik. Bu kitabda müxtəlif təhsil müəssisələrinin müəllim, şagird, valideyn və tələbə kollektivi, eləcə də sıravi tamaşaçıların, xarici ölkə vətəndaşlarının  rəyləri yer alıb. Rəylər həm uşaq, həm də böyük tamaşalarına yazılıb. Mən demək olar ki, bütün rəylərlə tanış olmuşam. Kitabda yazılanların 98%-i müsbət fikirlər, gələcəklə bağlı maraqlı təkliflər, yerli və xarici dramaturqların əsərlərinə müraciətlə bağlıdır. Izləyicilərimiz səhnə əsərlərinə maraqla baxdıqlarını, çox böyük zövq aldıqlarını, gələcək tamaşaları səbrsizliklə gözlədiklərini qeyd edirlər. Bu kimi fikirlər təbii ki, bizi çox sevindirir və gələcək uğurlara stimul verir. Rəylər arasında bəzi nöqsanlar, iradlar da göstərilir ki, bu da normaldır. Çünki iş olan yerdə nöqsan da olur. Biz çalışacağıq ki, növbəti tamaşalarımızda izləyicilərimizin bizə göstərdikləri etimadı doğruldaraq göstərilən təklif və iradları aradan qaldıraq”. 
Iclasda iştirak edən teatrın quruluşçu rejissorları hazırlanacaq gələcək tamaşalarda göstərilən təklif və iradları nəzərə alacaqlarını bildirərək, rəy kitabında qeyd edilən fikirlərin teatrın 90 illik yubileyində kitab şəkildə nəşr olunması, habelə bu rəylərin teatrın saytında və KİV-də yerləşdirilməsini təklif ediblər. 

 

                                                     

Tarix
12 Fevral 2016 [15:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin